Hz. Nuh Quranın bir çox ayəsində haqqında təriflə bəhs edilmiş bir peyğəmbərdir:
Allah Hz.Nuhu öz qövmünə elçi kimi göndərmişdi. Qövmündən yolunu azıb inkarçılığa düşənlər Hz.Nuhu və ona tabe olanları haqq yolundan döndərmək üçün onlara tələlər qurmuş, müxtəlif iftiralar atmış, onlara istehza etmişdilər. Etdiklərinin əvəzində isə Allah bu qövmü dünya həyatında böyük bir tufanla cəzalandırmışdı.
Qəlbində Allah qorxusu olmayan insanlar bir-birinə həqiqi mənada inanıb etibar etməzlər. Çünki belə insanlardan təşkil olunmuş bir cəmiyyətdə insanın özünə ən yaxın bildiyi adamdan belə hər an bir pislik görmə ehtimalı var. Hər kəs bir-biri ilə son dərəcə ehtiyatla və təmkinlə davranır, izahat verməməyə çalışır. Bu səbəblə insanların ən çox istədiyi və dəyər verdiyi şey etibar edə biləcəkləri əsl dostlara sahib olmaqdır.
Peyğəmbərlər isə Allah qorxusuna görə son dərəcə etibarlı bir xarakterə sahibdir. İnsanların elçilərin etibarlı olmasının fərqinə varması çox əhəmiyyətlidir və buna görə elçilər təbliğat apararkən özlərinin bu xüsusiyyətlərini xüsusilə vurğulayırlar:
Liderlik həvəsi, mala-mülkə hərislik, etibar gözləmək kimi məsələlər insanların başqalarına inanmaq və etibar etmək məsələsində tərəddüd keçirməsinə səbəb olur. Hətta insanların hər hansı bir mənfəət güdmədən yaxşılıq etməyəcəkləri hesab olunur. Peyğəmbərlər isə əvəzi Allahdan gözləyir, insanlardan heç bir istəklərinin olmadığını da xüsusilə vurğulayırlar. Hz.Nuh öz qövmünə belə demişdir:
“Mən bunun müqabilində sizdən heç bir muzd (əvəz) istəmirəm. Mənim mükafatım ancaq aləmlərin Rəbbinə aiddir!” (“Şuəra” surəsi, 109).
Hz. Nuh qövmünü içində olduğu batil inanclardan əl çəkərək Allaha ibadət etməyə dəvət etmişdi. Allahdan başqa ibadətə layiq Tanrı olmadığını, əgər dünyada ikən bunu anlamazlarsa, qarşıda əzabla qarşılaşacaqlarını xatırlatmışdı. Bu şəkildə onlara xəbərdarlıq edib qorxutmuş və iman gətirmələri üçün müxtəlif cür açıqlama və izahatlar vermişdi. Bununla bağlı bəzi ayələr belədir:
Hz.Nuh qövmünə Allahın yeganə Tanrı olduğunu xatırladandan sonra onları Allahdan bağışlanma diləməyə dəvət etmiş, Allaha yönəlmələrinin əvəzində Allahın onlara verəcəyi nemətləri bu şəkildə müjdələmişdi:
Allah Quranın bir çox ayələrində iman edənlərə gözəl bir həyat vəd etmişdir. Bu səbəblə peyğəmbərlər öz qövmlərini Allaha yönəlməyə dəvət edərkən Allahın onlara nemətlər verəcəyini də bildirmişdilər. Digər tərəfdən isə Allahın verdiyi nemətləri sadalayaraq insanların bunları anlamasını, Allahın onlar üzərindəki lütf və mərhəmətini görməsini təmin etməyə çalışmışdılar. Hz.Nuh qövmünə belə xitab etmişdi:
İman gətirənlərin etməsi vacib olan iş də peyğəmbərlər kimi Allahın nemətlərini xatırlayaraq Ona şükr etmək və ətraflarındakı insanları şükr edənlərdən olmağa çağırmaqdır.
Tarix boyu Allahın göndərdiyi bütün elçilərə bir-birinə oxşayan iftiralar atılmışdır. Bu, Allahın hər dövrdə yaşayan elçilərinin qarşılaşdığı dəyişilməz bir qanunudur.
Hz.Nuhun qövmü də öz peyğəmbərinə itaət etmək məsələsində müqavimət göstərmiş və özlərinə məxsus tərzdə onu qorxutmaq üçün bir çox iftiralar atmışdılar. Bunlardan biri də “çaşmış və azmış” iftirasıdır:
Allahın elçilərinin ən qabarıq xüsusiyyətlərindən biri də onların hər yerdə səbrli və qərarlı olmaqda, üstün əxlaqlarını qorumaqda davam etməsidir. Onlar qarşılaşdıqları çətinlik və iftiralar qarşısında daim müdrik və təmkinli bir davranış göstərmişlər. Bu iftiraya qarşı Hz.Nuhun cavabı bütün möminlər üçün örnəkdir:
Hz.Nuh onu yalançılıqda günahlandıranlara isə belə cavab vermişdi:
Tarix boyu inkar edənlər onlara gələn elçilərə tabe olmamaq üçün bir çox bəhanələr irəli sürmüşlər. Peyğəmbərlərin var-dövlət cəhətdən onlardan üstün olmasını və ya möcüzələr göstərməsinin vacibliyini irəli sürmüş, hətta onların insan deyil, mələk olmasının lazım gəldiyini iddia etmişdilər. Hz.Nuh buna oxşar istəklərə belə cavab vermişdi:
Allahın göndərdiyi elçilərin mal-dövlət və pul cəhətdən üstün olmasını, möcüzələr göstərməsini gözləmək inkarçıların klassik bir xüsusiyyətidir. Elçilərin üstün olduqları cəhət təqvadır. Bu insanlar həyatlarının hər anında və hər davranışlarında Allaha yönəldikləri, təslimiyyət və təvəkkül göstərdikləri, səbrlərində heç bir zaman qüsura yol vermədikləri üçün üstündürlər. Allah mal-dövləti, mövqeyi, pulu, elmi və dünyaya aid olan hər şeyi bir çox insana verə bilər. Ancaq bunlar bir üstünlük ölçüsü deyil, yalnız imtahan vasitəsidir. Bu cür dünyəvi dəyərləri Allah yanında bir üstünlük əlaməti kimi qiymətləndirmək isə ancaq dindən uzaq yaşayan insanlara xas olan xüsusiyyətdir:
Hz. Nuh da digər peyğəmbərlər kimi qövmünün iman etməsi üçün hər cür yolu sınaqdan keçirmişdir. Onları açıq dinə dəvət etdiyi kimi onlara fərqli yollarla da yanaşmağa çalışmış, ancaq bütün cəhdlərinə baxmayaraq onun qövmü inkar etməkdə və azğınlıqda inadla davam etmişdi. Hz.Nuh qövmünün ona inad etməsini belə bildirmişdir:
Hz.Nuhun bu sözlərindən bəlli olur ki, peyğəmbərlər dayanmadan insanları Allahın yoluna çağırmış, müxtəlif üsullardan istifadə edərək insanların vicdanını oyatmağa çalışmışdılar. İnsanlardan nə cür reaksiya gəlirsə gəlsin qərarlı davranmaq, Allahın “yaxşılığı əmr edib pislikdən çəkindirmək” əmrini mütləq surətdə yerinə yetirmək peyğəmbərlər kimi əməlisaleh möminlərin də üzərinə düşən mühüm bir məsuliyyətdir:
Yer üzərində var olan hər şeyin sahibinin Allah olduğunu, Allah istəməsə kimsənin özünə bir zərər və ya fayda verməyə gücünün çatmayacağını bilən peyğəmbərlər öz qövmlərinin onlara hədə-qorxu gəlməsindən heç bir zaman çəkinməmişlər. Onlar qarşılaşdıqları hər cür çətinlikdə Allaha arxalanıb güvənmişlər. Hz.Nuh da inkarçıların öndə gələnlərinə qarşı qəhrəmancasına mübarizə aparmış, onların iftira və hücumlarından əsla çəkinməyəcəyini belə vurğulamışdı:
Möminlər də peyğəmbərlərdən nümunə götürərək çətinliklər qarşısında səbr edir, düşmənlərinə qarşı əsla qorxaqlıq və zəiflik göstərmirlər. Allahın köməyinin hər an yanlarında olduğunu və mütləq qələbənin hər zaman iman gətirənlərə aid olduğunu bilirlər. Çünki buna zəmanət verilmişdir:
Bəzi qövmlər onlara göndərilən peyğəmbərlərə qarşı çıxdıqları və peyğəmbərlərlə və iman edənlərlə mübarizə apardıqları üçün Allahın göndərdiyi müxtəlif əzablarla həlak edilmişdir. Peyğəmbərlər isə bu əzablar gəlməmişdən əvvəl qövmlərini xəbərdar etmiş və onları Allahı yoluna çağırmışdılar. Hz.Nuh qövmünü bu şəkildə xəbərdar etmişdi:
Allah Quranın bir çox ayəsində möminləri ələ salan insanlardan bəhs edir. Ancaq Allah tarix boyu möminlərə istehza edən insanları sonuncular hələ dünyada ikən onlara istehza ediləcək hala salmışdır. Bu insanların axirətdə görəcəyi təhqir isə daha böyük olacaq. Allah Quranda bu insanlar cəhənnəmdə əzab çəkərkən möminlərin də cənnətdən onları seyr edib güləcəklərini bildirmişdir (“Mütəffifin” surəsi, 34).
Hz.Nuhun qövmü də onu və möminləri ələ salmışdı. Hz.Nuhun bununla bağlı öz qövmünə verdiyi cavab isə bu şəkildədir:
Allah inkar etmələri, istehzaları və hücumları ilə əzaba tam layiq olan qövmün üzərinə böyük bir bəla göndərmiş və Hz.Nuhu yalan hesab edənlər həlak olmuşdular. Hz.Nuhla birlikdə olan möminlər isə gəmiyə minib əzabdan xilas olmuşdular. Həlak olanlar arasında Hz.Nuhun oğlu da vardı. Atasının peyğəmbər olması da onu əzabdan qurtarmamışdı.
Bu gün bəzi insanlar özləri dindar olmasa da ailədə olan böyüklərinin, yaxınlarının dindarlığı ilə fəxr edirlər. Onların “atam hacıdır”, “babam böyük bir alimdir” kimi sözləri tez-tez eşidilir. Lakin axirətdə insan yalnız öz etdiklərinə və öz üzərinə düşən vəzifəyə görə məsuliyyət daşıyacaq. Yaxınlarının üstünlükləri, dindarlığı ona heç bir fayda verməyəcək. Bu hal Quranda belə bildirilir:
Hz.Nuh oğluna kafirlərdən olmaması üçün son ana qədər xəbərdarlıq etmiş, lakin onun xəbərdarlığı heç bir nəticə verməmişdi:
İndiyə qədərki ayələrdən də gördüyümüz kimi, Hz.Nuh həyatı boyu qövmünü xəbərdar edib qorxutmuş, onları Allahın əzabından qorunmağa çağırmışdı. Ancaq bütün bunlara baxmayaraq onun azğın qövmü inkar etməkdə inad edincə Allaha belə dua etmişdi:
Peyğəmbərlərdən nümunə götürən möminlərin bunları etməsi lazımdır: dini hər cür imkandan istifadə edərək, sözlə və ya yazılı şəkildə izah edib Allahın varlığının hər cür dəlillərini onlara göstərmək, bundan başqa hesab gününün, cənnətin və cəhənnəmin yaxınlığını təbliğ etmək...
Ancaq bütün bunlara baxmayaraq inkar etməkdə inadla davam edən insanlar olarsa, möminlər bu insanları cəzalandırması üçün də Allaha dua edərlər. Və onlar Allahın dünyada və axirətdə sonsuz bir ədalətlə əvəz verəcəyini bilirlər.
Hz. Nuh inkarçıların həlak olması üçün dua etdiyi kimi möminlərin günahlarının bağışlanması üçün də dua etmişdir:
Allah-Təala Hz.Hudu Ad qövmünə peyğəmbər kimi göndərmişdi. O da qövmünə Allahın göndərdiyi etibarlı bir elçi olduğunu, apardığı təbliğatın əvəzində heç bir qarşılıq gözləmədiyini bildirdikdən sonra insanları Allahdan qorxub çəkinməyə çağırmışdı.
Hz.Hud qövmünə təbliğ edərkən əvvəlki peyğəmbərlər kimi ona da müxtəlif iftiralar atılmışdı. Məsələn, qövmü Hz.Hudun “ağıldankəm” olduğunu iddia etmişdi. Hz.Hud ona belə çirkin iftira atan qövmünə əxlaqi üstünlüyünün bir göstəricisi olan son dərəcə kamil və şəfqətli bir üslubla cavab vermişdi:
“Hud dedi: “Ey camaatım! Mən heç də səfeh deyiləm, lakin mən aləmlərin Rəbbi tərəfindən göndərilmiş bir peyğəmbərəm! Mən sizə Rəbbimin əmrlərini təbliğ edirəm. Mən sizə doğru məsləhət verənəm” (“Əraf” surəsi, 67-68).
Bura qədər bildirilən bütün peyğəmbərlərin həyatından gördüyümüz kimi, ömür boyu insanlara dini təbliğ edib onlardan heç bir qarşılıq gözləməmək mühüm bir mömin xüsusiyyətidir. Bir mömin hansı dövrdə yaşayırsa yaşasın, kimlərlə bərabər olursa olsun, insanları Allahın bəyəndiyi əxlaqa çağırmağa, onlara hər an daha da yaxınlaşan hesab gününü xatırlatmağa cavabdehdir. Buna görə də heç kimdən bir qarşılıq gözləməz, yalnız vəzifəsini ən gözəl şəkildə yerinə yetirməyi və Allahın ondan razı olmasını istəyər.
Digər peyğəmbərlər kimi Hz.Hud da öz qövmünə yalnız Allaha qulluq etməyi tövsiyə etmiş, əks təqdirdə onların əzabla qarşılaşacağından qorxduğunu söyləmişdi:
Bundan başqa, onlara dünya həyatında dəyər verdikləri şeylərin müvəqqəti olduğunu da xatırlatmışdı. Hz.Hudun bu mövzuda öz qövmünə etdiyi təbliğ ayədə belə bildirilir:
“Doğrudanmı siz hər təpədə bir köşk qurub əylənirsiniz? Sanki əbədi qalacaqsınız deyə, su hövzələri tikirsiniz!”
(“Şuəra” surəsi, 128-129).
Bundan sonra da qövmünə Allahdan qorxmağın, Onun əmr etdiklərini yerinə yetirməyin, insanlara zorakılıq etməməyin vacibliyini xatırlatmışdı. Və əgər belə edərlərsə, bunlara görə də əzaba düçar olacaqlarını söyləyərək onlara xəbərdarlıq etmişdi:
“Və yaxaladıqda da zalimlər kimi yaxalayırsınız! Artıq Allahdan qorxun və mənə itaət edin! Qorxun o kəsdən ki, anlayıb bildiyiniz şeyləri sizə əta etdi! Sizə heyvanat, oğul-uşaq, bağlar və çeşmələr verdi! Mən böyük günün sizə üz verəcək əzabından qorxuram!”” (“Şuəra” surəsi, 130-135).
Allahın insanlara verdiyi nemətlər “Nəhl” surəsinin 18-ci ayəsində bildirildiyi kimi, “bir ümumiləşdirmə edilərək” belə sayıla bilməyəcək qədər çoxdur. Ancaq bir çox insanlar bu nemətləri ona verənin Allah olduğunu və bunlar üçün Allaha şükr etməyin vacibliyini ağlına belə gətirmir. Allahın istədiyi anda bunları onlardan geri alacağını da düşünməzlər. Buna görə də peyğəmbərlər getdikləri qövmlərə Allaha yönəlmələrinin, sahib olduqları hər şeyin Allahdan bir nemət olduğunu bilmələrinin və bunun üçün Ona şükr etmələrinin vacibliyini xatırlatmışlar. Hz.Hud da öz qövmünə Allahın verdiyi nemətləri xatırlatmış, onları Allahdan qorxub çəkinməyə çağırmışdı:
Bundan başqa, Hz.Hud qövmünü Allahdan bağışlanma diləməyə də dəvət etmişdi. Və əgər Allaha sığınıb tövbə edərlərsə, bunun əvəzində Allah onlara verdiyi nemətlərini artıracağını xəbər vermişdi:
Qurandakı anlayışlardan biri olan “cahil” anlayışı özünün ayələrdə istifadə edildiyi mənası ilə dini bilməyən, dindən uzaq yaşayan insanları təsvir edir. Yəni məsələn, bir insan yüksək ali təhsil ala bilər, amma o, əgər Allahı tanımırsa, Allahın kitabını bilmirsə və onu tətbiq etmirsə, həmin şəxs Qurana görə, cahildir. İnsan bəzi məlumatlara sahib olsa da kim olduğunu, nədən yaradıldığını düşünmürsə, onu Yaradanı tanımırsa və buna görə Allahın ondan istədiklərini yerinə yetirmirsə, həmin şəxs cahillər arasındadır.
Bu insanlardan soruşanda çox zaman dinə tabe olduqlarını söyləyirlər. Halbuki onların nəzərdə tutduğu din babalarından gördüyü cahil bir dindən başqa bir şey deyil. Bu dinin Allahın kitabı ilə heç bir əlaqəsi yoxdur.
Allahın Quran qissələrində də bildirildiyi kimi, tarix boyu peyğəmbərlər belə cahil cəmiyyətlərə haqq dini izah etmişlər. Ancaq bu cəmiyyətlərin çoxu həqiqəti vicdanlı şəkildə gördükləri halda yaşadıqları cəhalət səbəbilə təkəbbür göstərmişlər. Onlara edilən bütün xəbərdarlıqlara da baxmayaraq aralarından çox az bir qismi istisna olmaqla öz batil dinlərini müdafiə etməkdə davam etmişlər.
Hz.Hudun qövmü də öyrəşdikləri cahil sistemdən imtina edib peyğəmbərə qulaq asmağı rədd etmişdi. Bu səbəblə Hz.Hud öz qövmünə onun düşdüyü halın aşkar bir cəhalət olduğunu belə xatırlatmışdı:
Bütün çağırışlarına baxmayaraq qövmü Hz.Huda qarşı çıxmış və bu elçinin onları çağırdığı yola tabe olmağı qəbul etməmişdi. Tarix boyu bütün inkarçılar kimi onlar da öz peyğəmbərindən möcüzə istədiklərini, əks təqdirdə iman gətirməyəcəklərini söyləmişdilər:
Bunun əvəzində Hz.Hud onların Allaha şərik qoşmasından uzaq olduğunu və onun üçün quracaqları tələlərdən qorxmadığını belə bildirmişdir:
Hz.Hud Allahın bir peyğəmbəri olaraq hər şeyi Allahın yaratdığını və Allahın səmimi qullarını qoruyacağını bilirdi. Bu səbəblə ona atılan iftiraların boşa çıxacağına əmin bir tərzdə Allaha olan inam və etibarını belə dilə gətirmişdir:
Allah-Təala Hz.Salehi Səmud qövmünə peyğəmbər göndərmişdi. Quranda Hz.Salehin peyğəmbər kimi gəldiyi qövmə yalnız Allaha qulluq etməyin vacibliyini söylədiyi xəbər verilmişdir:
Bütün peyğəmbərlər kimi Hz.Saleh də öncə qövmünə etibarlı bir peyğəmbər olduğunu təbliğ etmiş və qövmünü Allahdan qorxub çəkinməyə çağırmışdı:
Hz.Saleh də bu insanları Allahın dininə çağırarkən onlardan heç bir əvəz gözləmədiyini söyləmişdi.
Allahın rəsulları öz qövmlərinə etdikləri təbliğ zamanı Allahın varlığının dəlillərinə diqqəti cəlb etmiş, Allahın yaratdığı qüsursuz tarazlıqları, sistemləri, canlılardakı üstün xüsusiyyətləri insanlara xatırlatmışdılar.
Hz.Saleh də yaradılış dəlillərini izah edərək qövmünü Allahı xatırlamağa təşviq edən elçilərdən biridir. Qövmünün Allahın sonsuz elmini, sonsuz ağlını və sonsuz böyüklüyünü dərk etməsi üçün ona insanın ilk yaradılışını xatırlatmışdı:
Hz.Saleh qövmünə sahib olduqları nemətlərin həqiqi sahibi olan Allahdan qorxub çəkinməyin, yer üzündə fitnə-fəsad törətməməyin və ona itaət etməyin vacibliyini xatırlatmışdı. Əgər bunu etməsələr, Allahın onları yaşadıqları yerdə təhlükəsizlik içində saxlamayacağını bu sözləri ilə təbliğ etmişdi:
Allah-Təala peyğəmbərləri insanları haqq dinə dəvət etmək və yer üzündə nizam-intizam yaratmaq üçün göndərmişdir. Hz.Salehin yuxarıdakı xəbərdarlıqları da bu vəzifəni yerinə yetirməyə yönələn bir çağırışdır.
“Səmud tayfasına da qardaşları Salehi peyğəmbər göndərdik. O dedi: “Ey camaatım! Allaha ibadət edin. Sizin Ondan başqa heç bir tanrınız yoxdur. Rəbbinizdən sizə açıq-aydın bir dəlil gəldi. Allahın bu dişi dəvəsi sizin üçün bir möcüzədir. Buraxın Allahın torpağında otlasın, ona pislik etməyin, yoxsa çox şid dətli bir əzaba düçar olarsanız! Allahın sizi Ad tayfasından sonra onun yerinə gətirdiyi, düzlərində qəsrlər tikdiyiniz, dağlarını ovub evlər düzəltdiyiniz yer üzündə yerləşdiyi vaxtı xatırlayın, Allahın nemətlərini yada salın, yer üzündə dolaşıb fitnə-fəsad törətməyin!”” (“Əraf” surəsi, 73-74).
Ancaq Səmud qövmü Hz.Salehə itaət etməmiş və “Onlar dedilər: “Ey Saleh! Sən bundan əvvəl içərimizdə ümid edilən bir adam idin. İndi atalarımızın ibadət etdiyinə ibadət etməyi bizə qadağanmı edirsən? Doğrusu, biz sənin bizləri dəvət etdiyin barədə şəkk-şübhə içindəyik” (“Hud” surəsi, 62) deyərək qarşı çıxmışdı. Bunun üzərinə Hz.Saleh qövmünə Allaha qarşı çıxacağı zaman ona kömək edə biləcək heç bir varlığın olmadığını təbliğ etmişdi:
Əlbəttə, Allaha üsyan edən insanları Allahın qəzəbindən qoruya biləcək heç bir güc yoxdur. Və Hz.Salehin yuxarıdakı sözləri ilə bildirdiyi kimi, Allaha üsyan edən bir insana uyan adam da mütləq bir ziyana uğrayacaq.
Peyğəmbərlərin gətirdiyi haqq din inkarçıların mənafeyinə zidd olduğu üçün bu insanlar peyğəmbərlərə iman gətirmək istəməmişdilər. Peyğəmbərlərin onlara Allahı və axirəti xatırlatmasından son dərəcə böyük bir narahatlıq hiss etmişdilər. Bu, tarix boyu bütün inkarçı qövmlərdə tez-tez rast gəldiyimiz xüsusiyyətdir. Əlbəttə, eyni vəziyyət Allahdan qorxmayan Səmud qövmündə də olmuşdu. Bu insanlar Hz.Salehin onlara verdiyi bütün öyüd-nəsihətdən üz çevirmişdi. Hz.Salehin bu barədə qövmünə xitabı belədir:
Hz.Saleh qövmünü haqq yola yönəldə bilmək üçün ciddi mübarizə aparmış, ancaq qövmü inadkarlıq edərək inkarda israr etmişdi. Allah bu qövmü ona bir dişi dəvə göndərməklə sınamış və onlara dəvəni incitməməyi əmr etmişdi. Bu əmrə uymadıqları təqdirdə onlara böyük bir əzab gələcəyini də bildirmişdi. Allahın əmrinə qarşı çıxan qövm ona göndərilən dəvəni öldürmüş və beləliklə, Allaha qarşı çıxan bir qövm kimi böyük bir əzabla həlak edilmişdi. Bununla bağlı olan ayələrdən bəziləri belədir:
Bu nümunədən də gördüyümüz kimi, Allahın peyğəmbərləri göndərildikləri cəmiyyətin insanlarına Allahın dinin təbliğ etmiş, dünyanın bir imtahan yeri olduğunu xatırlatmış və ancaq Allahın əmrlərini yerinə yetirən insanların əzabdan qurtula biləcəklərini söyləmişdilər. Əgər inkar etməkdə israrla davam etsələr, Allahın onlara mütləq bir əzab göndərəcəyini bildirmişdilər.
Ancaq peyğəmbərlərin bu böyük cəhdləri yalnız Allaha iman gətirən az bir qrupa təsir etmiş, insanların çoxu öyüd almağa səy göstərməmişdi. Amma əlbəttə, bu israrlı inkarçılığın nəticəsində də itkiyə məruz qalan özləri olmuş, əzabla qarşılaşmışdılar. Axirətdə isə bundan daha böyük cəza ilə qarşılaşacaqlar.
Hz.İbrahim Allahın “dost etdiyi” bir peyğəmbərdir. Allah-Təala bir çox ayədə Hz.İbrahimin üstün əxlaqından bəhs edir. Möminlərə gözəl əxlaqı ilə nümunə olan Hz.İbrahim Allaha ürəkdən yönələn, yumşaq xasiyyətli, Allaha qarşı həssas, cəsur, sözündə doğru bir insandır. Allah bir ayədə Hz.İbrahimin əxlaqını belə tərif edir:
Allahın üstün əxlaqı ilə bəhs etdiyi Hz.İbrahim özlərinin düzəltdiyi bütlərə tapınan və tapınma məsələsində son dərəcə qərarlı və inadkar olan bir qövmə göndərilmişdi. Və onun vəzifəsi qövmünü yalnız Allaha qulluq etməyə çağırmaq idi. Amma qövmünün insanları haqq dinin onların dünyəvi mənfəətləri ilə zidd olduğunu düşündüyü üçün onu qəbul etmək istəməmiş, Hz.İbrahimə bir tələ quraraq onu öldürməyə çalışmışdılar. Ancaq Allah Hz.İbrahimə qurulan tələni pozmuş, onu zalım qövmünün əlindən xilas etmişdi:
Bu qissədən də gördüyümüz kimi, Allah Hz.İbrahimin səmimiyyətinin əvəzində qövmünün ona zülm etməsinə mane olmuşdur. Bundan sonra ona tələ qurmaq istəyən qövmünə əzab vermiş, onları süquta uğratmışdır. Hz.İbrahimi və yanındakı möminləri daha yaxşı bir yerə yerləşdirərək onlara bolluq, müxtəlif nemətlər vermiş, üzərlərindəki rəhmətini göstərmişdir.
Hz.İbrahim müşrik bir qövmün içində yaşasa da özü Allahın bir və tək Tanrı olduğunu vicdanla düşünərək dərk etmişdi. Və yalnız Allaha iman etmiş və Ona yönəlmişdi. Quranda Hz.İbrahimin Allaha qəti şəkildə iman etməsinin necə baş verdiyini bildirən ayələr bu şəkildədir:
Əlbəttə, Hz.İbrahimlə bağlı olan bu qissədə möminlər üçün əhəmiyyət kəsb edən bir dərs var. Bir insanın Allahın varlığını qavraması son dərəcə asandır. İnsanın gözünün gördüyü hər yerdə yaradılışın saysız dəlili var. Vicdanlı bir insan heç bir şey bilməsə də, ona heç bir şey izah edilməsə də bir neçə dəqiqəlik səmimi bir düşüncə ilə düşünsə, kainatın bir Yaradıcısının olduğunu asanlıqla görə bilər. Və Allahın gücünü, böyüklüyünü, hər şeyə hakim olduğunu anlaya bilər. Elə bu səbəbdən vicdanla düşünən Hz.İbrahim ona bəlkə də heç izah edilmədiyi halda səmimi bir düşüncə nəticəsində Allahın varlığını və ucalığını görmüşdür. Və qövmünə onların şirk qoşduğu saxta tanrılardan qopub ayrıldığını belə xəbər vermişdir:
Daha irəlidəki fəsillərdə də görəcəyimiz kimi, peyğəmbərlər göndərildikləri qövmü Allahın yoluna salmaq üçün hər yolu sınaqdan keçirirlər. Qövmlərinə çox müxtəlif örnəklərlə təbliğ edən peyğəmbərlər eyni mövzunu bir-birindən fərqli nümunələrlə başa salır, Allahın bəyəndiyi əxlaqı müfəssəl şəkildə izah edir, insanları haqsız davranışlardan uzaqlaşdırır, bu davranışların çirkinliyini və buna görə məruz qalacaqları itkini bildirir, hər yoldan istifadə edərək bu insanlara doğrunu göstərməyə və onların vicdanını oyatmağa çalışırlar.
Hz.İbrahim də öncə qövmünü doğru yola çağırmış və onlara bütlərdən əl çəkməyin və Allaha yönəlməyin vacibliyini söyləmişdir. Quranın bir çox ayəsində Hz.İbrahimin atasına və qövmünə bu barədə etdiyi təbliğ bildirilir. Hz.İbrahim bütlərə tapınan bu insanları bir olan Allaha qulluq etməyə, Ondan qorxub çəkinməyə belə dəvət etmişdir:
Ayələrdən də göründüyü kimi, Hz.İbrahim inkarçı qövmünə Allahın gücünü, üstünlüyünü müxtəlif nümunələrlə bildirmişdir. Onların bu həqiqəti qavraya bilməsi üçün müqayisələr aparmış, onlara hər şeyi verənin Allah olduğunu xatırlatmış, onları Allahın hüzuruna qaytarılacaqları barədə xəbərdar etmişdi. Hz.İbrahim bütün qövmü kimi yaxınlarını da bu barədə xəbərdar etmişdi. Atası Azərə yanlışlıq içində olduğunu belə bildirmişdir:
İnsanın ən böyük düşməni şeytandır. Allah ilk insan olan Hz.Adəmi yaradanda şeytana Hz.Adəmə səcdə etməyi əmr etmişdir. Ancaq şeytan təkəbbür göstərərək Allahın əmrinə qarşı çıxmışdır. Bunun əvəzində Allah şeytanı lənətləmiş və cənnətdən qovmuşdur. Şeytan cənnətdən qovulduqdan sonra insanları doğru yoldan azdırmaq məqsədilə qiyamətə qədər Allahın ona izn verməsini istəmişdir. Şeytanın məqsədi özünün cənnətdən qovulmasına səbəb kimi gördüyü insanları Allahın razı olacağı haqq yoldan uzaqlaşdırmaq və beləcə onların da cəhənnəmə getməsinə səbəb olmaqdır.
Bu səbəblə şeytan Hz.Adəmdən bəri yaradılmış bütün insanlara cürbəcür oyunlarla yaxınlaşaraq onları azdırmağa çalışır. Şeytanın yalnız Allaha qətiyyətlə iman gətirən və təvəkkül edən insanlara təsiri olmaz, belə ki, Allah Quranda bu insanların sayının az olacağını bildirmişdir. Elə bu səbəblə Hz.İbrahim Allahın yolundan uzaqlaşan atasına və qövmünə şeytana uymamaq və ona tabe olmaq barədə xəbərdarlıq etmiş və belə demişdir:
Müşrik cəmiyyətlərin ən qabarıq xüsusiyyətlərindən biri onların Allahdan başqa digər varlıqlara Allahdan daha çox inanması və bu varlıqlardan daha çox qorxmasıdır. Bu insanların inandığı varlıqlar yalnız taxtadan və daşdan düzəldilən heykəllərlə bitmir.
Bir insanın başqa bir insanı Allahdan çox sevməsi, Allahdan çox ona qiymət verməsi, Allahın rizası yerinə onun razılığını üstün tutması və ya Allahdan çox o insandan qorxması da bir müşrik xüsusiyyətidir. Həmçinin Hz.İbrahimin qövmündə də bir çox varlıqları Allahdan çox sevən, onlara Allahdan da çox dəyər verən insanlar vardı. Halbuki qiyamət günü bu insanlar Allahdan başqa bir gücün olmadığını anlayacaq, Allahdan daha çox dəyər verdikləri varlıqların isə əslində heç dəyər verilməyə layiq olmadığını, onların da Allahın gücü qarşısında aciz qullar olduqlarını görəcəkdir. Bu səbəblə Hz.İbrahim öz qövmünə Allahdan başqa digər varlıqları ilahiləşdirməyin yolverilməzliyini, əks halda bu tanrılarla qiyamət günü lənətlənib cəhənnəmə atılacaqlarını xatırlatmışdır:
Hz.İbrahim qövmünə Allahın varlığını və böyüklüyünü dərk etməsi üçün müxtəlif nümunələr vermişdir. Məsələn, yalnız zəngin olduğu üçün təkəbbür göstərən və ona sahib olduqlarını verənin Allah olduğunu unudan bir nəfər Hz.İbrahimlə Allah barədə mübahisə etmişdir. Hz.İbrahim bu adama həm öz acizliyini, həm də Allahın gücünü izah etmək üçün belə bir cavab vermişdir:
Göründüyü kimi, Hz.İbrahimin bu hikmətli və ağıllı izahatı qarşısında inkarçı adamın deməyə bir sözü qalmamışdır. Möminlər də Hz.İbrahimdən nümunə götürməli və dini təbliğ edərkən hər zaman Allahın böyüklüyünü, sonsuz qüdrətini vurğulamalı, inkarçıların məntiqsizliyini onlara izah etməlidir.
Hz.İbrahimin ixlaslı və səmimi təbliğinə baxmayaraq onun bütlərinə ibadət etməkdə israrla davam edən qövmü həm onu doğru yoldan ayırmaq, həm də onlara etdiyi təbliğə mane olmaq üçün Hz.İbrahimlə mübahisə etmişdi. O zaman Hz.İbrahim qövmünə yalnız Allahdan qorxduğunu, əsl təhlükəsizliyin və qurtuluşun Allaha təslim olmaqda olduğunu təbliğ etmişdir:
Yer üzərində olan hər şeyin sahibi Allahdır. Allahın izni olmadan bir kimsə kiməsə nə bir yaxşılıq edə, nə də bir zərər verə bilər. İnsanın kömək umaraq istinad edib güvəndiyi güclər ancaq Allah icarə verərsə, bir yarar gətirə bilər. Həqiqi bir qurtuluş və təhlükəsizlik üçün insanın özünü Allaha təslim etməsi lazımdır. Allah Quranda ona yönələn qullarını qoruyacağını bildirir. Elə buna görə də Hz.İbrahim kimi bütün möminlərin də Allaha iman gətirən insanların təhlükəsizlik içində olacağını bilməsi və insanlara da bu həqiqəti izah etməsi vacibdir.
Hər cür təbliğata baxmayaraq atası Hz.İbrahimə qarşı çıxmış və onunla düşmən kimi rəftar edərək belə demişdir:
Ancaq təmkinini heç vaxt pozmayan Hz.İbrahim atasının hədələyici rəftarına qarşı son dərəcə hörmətlə və ağıllı bir cavab vermişdir. Hz.İbrahimin cavabı belədir:
Hz.İbrahim qövmünə onun sitayiş etdiyi tanrılarını müstəqil bir güclərinin ola bilməyəcəyini, tək Tanrının Allah olduğunu başa salmaq üçün ona bütlər barədə müxtəlif suallar vermişdir. Bu təbliğ üsulu inanmayanların sisteminin çürüklüyünə özlərinin də şahid olması baxımından çox əhəmiyyətlidir. Bunun sayəsində Hz.İbrahim öz sistemlərinin nə qədər xarab olduğunu qövmünün üzvlərinin şəxsən özlərinə şifahi olaraq qəbul etdirmişdi. Hz.İbrahimin öz qövmü ilə olan söhbətlərindən biri belədir:
Allah Quranda hər insanın etdiyi səhvi bildiyini, yəni hər nəfsin bəhanə gətirərək düşünmək istəməsə belə əslində ona aydın olduğunu, onun üçün əsl doğrunun və ya yalanın nə olduğunu bildiyini söyləmişdir. Allahdan başqa varlıqlara inanan, onlardan kömək və yardım uman bir insan da əslində vicdanı ilə düşünsə, onların bir fayda verməyəcəyini o an anlayar. Allaha şərik qoşduğu varlıqların dua etdiyi zaman onu eşitmədiyini, ona bir zərər və ya fayda vermək imkanına malik olmadığını o an dərk edər. Ancaq müxtəlif subyektiv səbəblərlə yenə də bu həqiqətləri düşünməyə istəməyə bilər. Lakin bu, çox aydın olan bir həqiqətdir.
Hz.İbrahim isə öz sualları ilə qövmünün insanlarının sitayiş etdiyi varlıqlar üzərində düşünmələrinə və nə dərəcədə səhv bir yolda olduqlarını başa salmağa çalışmışdır.
Yenə Hz.İbrahim qövmünə sitayiş etdiyi bütlərdən əl çəkmək barədə xəbərdarlıq etmiş, onlara bütlərin əslində müstəqil gücləri olmayan “rəmzi bir heykəl” və “özlərinin düzəltdiyi saxta tanrılar” olduğunu xatırlatmışdır. Hz.İbrahimin qövmünə sitayiş etdiyi saxta tanrılarından əl çəkərək həqiqi Tanrı olan Allaha yönəlməsinin vacibliyini bildirən ayələrdən bəziləri belədir:
Yuxarıdakı ayələrdən də göründüyü kimi, bir çox inkarçı qövmlər kimi Hz.İbrahimin qövmü də əslində doğru olduğunu düşündükləri üçün deyil, ata-babalarından bu cür gördükləri üçün bütlərə sitayiş edirdilər. Yəni bu batil sistem keçmişdə yaşayan insanlardan onlara qalan pis bir miras idi. Hz.İbrahim də onlara davam etdikləri bu sistemin son dərəcə yanlış və özlərinə zərər verən bir sistem olduğunu bütün təfərrüatı ilə izah etmişdi. Və onlara sitayiş etdikləri bütlərin heç bir gücünün olmadığını xatırlatmış, hər şeyin Allahın nəzarətində olduğunu təbliğ etmişdi. Hz.İbrahimin yuxarıdakı ayələrdə bildirilən söhbətinin ardı belədir:
Hər cür çağırışına baxmayaraq qövmü bütlərə sitayiş məsələsində inadkarlıq etdiyi halda Hz.İbrahim onları düşünməyə məcbur edəcək və beləliklə də vicdanlarını oyadacaq yeni səylərini həyata keçirmişdir. Bunun üçün qövmünün bütlərin yanından uzaqlaşmasını gözləmiş və onlar gedəndən sonra bütün bütləri sındırıb dağıtmışdı. Ancaq bunu edərkən qövmünün insanlarının nə dərəcədə böyük bir ağılsızlıq etdiklərini onların özünə göstərmək üçün ən böyük bütü sındırmamışdır. Qövmü “Tanrılarımızı sənmi bu günə saldın?” (“Ənbiya” surəsi, 62) deyə soruşduğu zaman isə onlara belə cavab vermişdir:
Hz.İbrahimin qövmünü başa salmaq üçün istifadə etdiyi taktikadan sonra qövmünün insanları vicdanları ilə düşünüb böyük bir xəta içində olduqlarını anlamışdılar. Ancaq vicdanlarının qəbul etdiyi həqiqət mənfəətləri, adət-ənənələri və ictimai quruluşları ilə ziddiyyət təşkil etdiyi üçün bu insanlar açıq-aydın gördükləri həqiqəti inkar etmişdilər. Bu barədəki ayələr belədir:
Hz.İbrahim qövmü ilə təkbaşına apardığı cəsur və ağıllı mübarizə ilə möminlər üçün gözəl bir örnək olmuşdur. Qövmü tərəfindən o da atılmaqla hədələndiyi, ona müxtəlif tələlər qurulduğu belə bir çətin anda da Allaha olan təvəkkül və təslimiyyətində nöqsanlara yol verməyən Hz.İbrahimin qövmünə verdiyi cavab belə olmuşdur:
Hz.İbrahimin bu sözləri bütün möminlərə mühüm bir həqiqəti xatırladır. Bütün insanları yaradan Allahdır. Və bütün insanlar Onun təsbit etdiyi bir zamanda ölüb yenə Allaha qayıdacaqlar. “Şübhəsiz, mən Rəbbimə gedəcəyəm” deyən Hz.İbrahim də bu sözü ilə ölümün Allaha dönüş olduğunu bütün qövmünə xatırlatmışdır. O halda müsəlmanlar da qarşılaşdıqları hər hadisədə Allaha olan sarsılmaz inamlarını dilə gətirməli və insanları da buna dəvət etməlidirlər.
Hz.İbrahim həm öz qövmünə, həm də özündən sonra gələn qövmlərə üstün əxlaqı ilə örnək olmuşdur. Allah iman gətirənlər üçün Ona “səmimi bir qəlblə təslim olan” Hz.İbrahimdə və onunla birlikdə olan möminlərdə bir çox gözəl örnəklər olduğunu bildirmişdir:
Quranda bəhs edilən ən azğın qövmlərdən biri Hz.Lutun qövmüdür. Bu qövm ayələrdə də bildirildiyi kimi, bir çox cinsi əxlaqsızlıqlar içində olan, yol kəsən və təcavüzkarlıq edən bir qövmdür.
Hz.Lut hər cəhətdən böyük bir azğınlıq və əxlaqsızlıq girdabında olan qövmünü Allah üçün yaşamağa və gözəl əxlaqlı olmağa çağırmışdır. Üsyankar rəftarından və çirkin əməllərindən əl çəkmək istəməyən qövm isə Hz.Luta inadla qarşı çıxmışdı. Ancaq qövmünün israrlı inkarına baxmayaraq Allahın bütün peyğəmbərləri kimi Hz.Lut da qövmünü hidayət yoluna yönəltmək üçün ciddi səy göstərmiş, bu azğın insanların hücumlarından və atdığı iftiralardan çəkinmədən onları Allahın yoluna çağırmışdı.
Allahın yuxarıdakı ayələrində də bildirildiyi kimi, Hz.Lut qövmünə etdikləri çirkinlikləri izah etmiş və onları Allahın bəyəndiyi təmiz bir həyata çağırmışdır. Ancaq tarix boyu bir çox inkarçı qövm kimi Hz.Lutun qövmü də öz peyğəmbərinə itaət etməmiş və onu doğru yoldan ayırmaq üçün müxtəlif iftiralar atmağa çalışmışdı.
Böyük bir azğınlıq içində olan Lut qövmü Hz.Lutu yurdlarından qovub çıxarmaqla hədələmiş, peyğəmbərin və yanındakı möminlərin maddi və mənəvi təmizliyinə istehza etmişdi. Hz.Lut onları dəfələrlə haqq yoluna çağırdığı halda onun bu çağırışına cavab verməyən və inadla inkar edən qövmünə reaksiyasını belə dilə gətirmişdir:
Bu ayədən də göründüyü kimi, Hz.Lut öz qövmünün bütün inadkarlığına və azğınlığına baxmayaraq Allahın əmrlərinə uymuş, insanları da buna dəvət etmiş və bunda qəti bir qərarlılıq göstərmişdir. Allahın razı olmayacağı hər cür davranışdan özünün də razı olmadığını və buna mane olmaq üçün səy göstərəcəyini dilə gətirmişdir.
Hz.Lut da qövmünə öncə Allahın göndərdiyi etibarlı bir peyğəmbər olduğunu və apardığı təbliğatın əvəzində heç bir şey istəmədiyini bildirərək onları Allahdan qorxub çəkinməyə dəvət etmişdir:
İnsanın Allahın bəyəndiyi əxlaqı tam yerinə yetirə bilməsi üçün sözün əsl mənasında bir Allah qorxusuna sahib olması lazımdır. Əgər bir insan Allahdan qorxursa, Allahın bəyənmədiyi bir əxlaqı bilə-bilə özündə saxlamaz. Nisbətən etdiyi səhv bir davranış varsa da doğrunu öyrəndiyi anda xətalı davranışını düzəldər. Allahın razı olacağı bir həyat yaşayar və həm dünyada, həm də axirətdə gözəl bir həyat uma bilər. Bu səbəblə Hz.Lut kimi bütün elçilər öz qövmlərinə Allahdan qorxmalarının lazımlılığı barədə xəbərdarlıq etmişlər.
Lut qövmünün inkarçılıqda inad etməsinin əvəzində Allah onlara göndərəcəyi əzabı Hz.Luta xəbər vermələri üçün mələklər göndərmişdir. Gələn mələkləri insan zənn edən qövm qaçaraq Hz.Lutun yanına gəlmişdir. Hz.Lutla qövmü arasında olan söhbət belədir:
Göründüyü kimi, Allah qorxusunu bilməyən Lut qövmü öz azğın istəklərini açıq şəkildə dilə gətirə biləcək qədər utancaqlıq hissini itirmiş insanlardan ibarət idi. Əlbəttə, bu, dinsizliyin təbii bir nəticəsidir. Bu azğın hərəkət müasir dövrün dindən uzaq cəmiyyətlərində də olduqca yayılmış və yaddan çıxarılmamış bir nizamdır. Çünki gözəl əxlaqı, doğrunu və yalanı insana öyrədən dindir. Ürəyində Allah qorxusu olmayan və dindən uzaq yaşayan insanların vicdanı isə kor olur. Belə insanların həya və utancaqlıq kimi üstün əxlaqi xüsusiyyətləri ya çox məhduddur, ya da heç yoxdur. Qövmünün etdiyi bir çirkin təklifin dinsizliyin gətirdiyi bir nəticə olduğunu bilən Hz.Lut da qövmünə Allahdan qorxmağın və onu yadların yanında xəcil etməməyin lazımlılığını söyləmişdir.
Hz.Luta elçilər gəldiyi zaman qövmü ilə arasında söhbətləri bildirən ayələrdən bəziləri belədir:
Göründüyü kimi, Hz.Lutun çağırışlarına məhəl qoymayan, azğın əxlaqından əl çəkməyən bir qövm hələ dünya həyatında ikən şiddətli bir əzabla qarşılaşmışdır. Bu, onların yalnız dünya həyatında aldığı cəzadır, axirətdə görəcəkləri əzab isə daha şiddətli olacaqdır.
Hz.Yəqub Hz.İbrahimin soyundandır. Allah Hz.İbrahimi və oğullarını qövmlərini xeyirə çağıran və hidayətə yönəldən bir başçı etmişdir. Və bunu Quranda belə bildirmişdir:
Quranda Hz.Yəqubun apardığı təbliğatdan bəhs edən ayələr “Bəqərə” surəsində yer alır. Allah Hz.Yəqubun oğullarına vəsiyyətini belə bildirir:
Müsəlman kimi can vermək Allahdan qorxan insanların ən mühüm dualarından biridir. Çünki bir insan həyatı boyu saleh əməllər etdiyi halda sonradan niyyətini pozub imanından dönərsə, bütün əməlləri boşa gedəcək və cəhənnəm əzabına layiq olacaqdır. Hz.Yəqub oğullarına “müsəlman kimi can verin” deyərkən onlara bu mövzuda xəbərdarlıq etmiş və səmimi niyyətlərini və qərarlarını əsla pozmadan imanlarını qorumalarını tövsiyə etmişdir. Atalarının vəsiyyətinə uyan oğullar Allaha ibadət edəcəklərini və Ona təslim olduqlarını belə dilə gətirmişlər:
Hz.Yəqub oğullarına şəhərə girərkən tədbirli olmağı nəsihət edərkən çox mühüm bir həqiqəti də xatırladaraq tədbirə deyil, Allaha güvənməyin vacibliyini vurğulamışdır. Çünki Allah istəməsə, insan özünə zərər və ya fayda vermək gücünə sahib deyil. Başına gələn heç bir şeyin qarşısını ala bilməz, heç bir xeyirə də qovuşa bilməz. Mömin Allah rizasını axtardığı üçün lazım olan bütün tədbirləri görər. Amma nəticənin Allahın izni ilə olduğunu qəti olaraq bilir, yalnız Ona güvənib durur.
Quranın 12-ci surəsi olan “Yusif” surəsi 111 ayədir və haradasa bütövlükdə Hz.Yusifdən bəhs edilir. Hz.Yusif kiçik yaşlarından etibarən Allahın müxtəlif hadisələrlə imtahan etdiyi, son dərəcə səbrli, ixlaslı, yanındakı insanlara tez-tez Allahın varlığını və üstünlüyünü bildirən bir peyğəmbərdir. Təvəkkülü, Allaha qəlbən bağlılığı, sədaqəti, hadisələr qarşısında təmkinli davranması bütün möminlər üçün çox gözəl bir örnəkdir.
Allah Hz.Yusifə hələ uşaq ikən göstərdiyi bir yuxu ilə gələcəkdə ona böyük bir elm və nemətlər verəcəyini müjdələmişdir. Hz.Yusif gördüyü bu yuxunu atası Hz.Yəquba danışmış, o da yuxunu belə yozmuşdur:
Hz.Yusif çox kiçik yaşda olarkən atası onu çox sevdiyi üçün qardaşları onu qısqanırdı. Ondan qurtulmaq üçün onu bir quyunun içinə atmışdılar. Hz.Yusifi quyunun içində saxlayan qardaşları atalarına: “Yusifi qurd yedi” (“Yusif” surəsi, 17), -deyərək yalan söyləmişdilər. Sonra bir karvan Hz.Yusifi tapmış və onu Əziz adlı bir misirliyə satmışdı. Hz.Yusif uzun illər bu adamın evində qalmış, ancaq yetkinlik yaşına çatanda Əzizin arvadı onu zina etməyə məcbur etmişdi. Fəqət Allahdan qorxan Hz.Yusif belə bir şeyə qol qoymamış və qadına Allahı xatırladaraq belə cavab vermişdi:
Məqsədinə nail olmayan qadın isə Hz.Yusifə iftira atmışdır. Şahidlərin sözlərinə və gətirilən dəlillərə görə, Hz.Yusifin günahkar olmaması təsdiqlənsə də o, bir müddət sonra zindana atılmışdır. Hər zaman Allahın onu sınadığını bilərək Rəbbimizi ən çox razı edəcəyi davranışı seçən Hz.Yusif bu hadisədə də zindanda olmağın özü üçün daha münasib olduğunu belə dilə gətirmişdir:
Bu hadisədən də gördüyümüz kimi, Allaha qətiyyətlə iman gətirən bir adam qarşısına çıxan heç bir hadisədə təmkinini itirməməli, Allaha təvəkkül etməli və mütləq gözəl bir nəticə ilə qarşılaşacağını unutmamalıdır. Çünki Allah səmimi qullarına dünyada və axirətdə yardım edəcəyini bildirmişdir. Həmçinin Hz.Yusifin həyatı Quranda bu mövzu ilə bağlı verilən mühüm bir örnəkdir.
Hz.Yusiflə birlikdə zindana atılan iki cavan oğlan da var idi. Bunlar Hz.Yusifə gördükləri yuxunu danışmış və bu yuxuların nə məna verdiyini öyrənmək istəmişdilər. Hz.Yusif zindan yoldaşlarına bütün peyğəmbərlər kimi öncə Allahın varlığını izah etmiş, sahib olduğu elmin həqiqi sahibinin Allah olduğunu söyləmişdi:
Hz.Yusifin bu xatırlatması diqqəti möminlərin əsla unutmamalı olduğu bir həqiqətə cəlb edir. İnsanın sahib olduğu bütün maddi və mənəvi xüsusiyyətləri Allah verir. Və Allah istədiyi anda bir insana verdiklərini geri almağa və yaxud qat-qat artığını verməyə qadirdir. O halda insanların bunu əsla unutmaması, sahib olduqları heç bir xüsusiyyətlə öyünməməsi son dərəcə mühümdür.
Hz.Yusif daha sonra söhbətinə davam etmiş və Allahdan başqa tanrı olmadığını bildirib yoldaşlarını Allaha qulluq etməyə çağırmışdır:
Diqqət etsək, Hz.Yusif Allaha şərik qoşan zindan yoldaşlarının suallarına dərhal cavab verməmişdi. Öncə onları imana çağırmış və şirk qoşmamalarını nəsihət etmişdir. İman sahibi olmayan bir insan düşdüyü pis vəziyyətin fərqinə varmadığından özü üçün nəyin birinci olduğuna qərar verə bilməz, ikinci dərəcəli məsələlərlə kifayətlənər. Bu halda qarşısındakı insanı tanımaq və ona faydalı olan öyüdü vermək möminin borcudur. Bütün insanlara fayda gətirən əsas amil imandır. Hz.Yusif də ilk öncə imanı izah etmişdir.
Hz.Yusifin yaşadığı mühit və şərtlər nə qədər çətin olursa olsun o, öz rəftarında və Allahın hökmlərini yerinə yetirməkdə ən kiçik bir dəyişiklik belə etməmişdir. Hz.Yusif həbsxana mühitində belə təbliğ vəzifəsini icra etməkdə davam etmişdir. Hz.Yusifin bu davranışı müsəlmanlar üçün çox gözəl bir örnəkdir.
Baş verən hadisələr nəticəsində zindana atılmasına səbəb olan qadın öz əməlini etiraf etmiş, Hz.Yusifin günahsızlığı ortaya çıxmışdır. Hz.Yusif isə günahsızlığı ortaya çıxdıqdan sonra ilk öncə nəfsini təmizə çıxarmağa heç bir zaman cəhd göstərmədiyini vurğulamışdır:
Hz.Yusifin nəfsini müdafiə etmək istəməməsinin səbəbini anlamaq üçün “nəfs” sözünün izahı üzərində durmaq lazımdır. Nəfsi insanın içində olan “pisliyi əmr edən güc” kimi izah edə bilərik. Nəfsin istəkləri Allahın rizasına uyğun olan davranışla ziddiyyət təşkil edirsə, möminlər heç bir zaman nəfslərinə tabe olmaz, hər hansı bir məsələdə Allahın rizasını qazanmağa çalışarlar. Hz.Yusif də nəfsin bu cəhətini bildiyi üçün onu müdafiə etməyin xətalı olacağını söyləmişdir.
Hz.Yusif günahsızlığı ortaya çıxdıqdan sonra etibarlı bir adam kimi ölkənin xəzinələrinin başçısı təyin edilmişdir. Bundan sonra ailəsini də yanına aparmışdır. Və onlara da Allaha olan təvəkkülünü, etibarını, hər şeyin Onun nəzarətində olduğunu heç bir zaman unutmadığını bildirmişdir:
Yaşadığı hər sıxıntıda Allaha təvəkkül edən, nemətə qovuşanda da eyni şəkildə Rəbbimizə yönələn Hz.Yusif Allaha belə dua etmişdir:
Göründüyü kimi, Quranda Hz.Yusifin uşaqlığından etibarən yaşadığı müxtəlif hadisələrdəki hərəkətləri və davranışı haqqında məlumatlar verilmişdir. Bu məlumatlar bizə Allahın bir peyğəmbəri olan Hz.Yusifin üstün əxlaqını, Allaha olan imanını, təslimiyyətini, sədaqətini açıq göstərir. Qarşılaşdığı şərtlər nə olursa olsun peyğəmbərin üstün əxlaqında və təslimiyyətində ən kiçik bir dəyişiklik də olmamış, bütün həyatı boyu ətrafındakı insanlara Allahın varlığını və sonsuz qüdrətini izah etmişdir.
Hz.Yusif peyğəmbər olsa da onun müsəlman kimi ölməyi və salihlər arasında yer almağı istəməsi də üzərində ciddi düşünülməsi lazım gələn bir mövzudur. Heç kimin mömin kimi ölməyə və cənnətə getməyə qarantiyası yoxdur. Möminlər bunu bilərək Allahdan qorxar və Hz.Yusif kimi müsəlman kimi ölmək üçün dua edərlər.Allah Hz.Şueybi Mədyənə peyğəmbər kimi göndərmişdi. Quranda bu qövmün də digər qövmlər kimi Allaha iman etmədiyi və yer üzündə fitnə-fəsad törətdiyi bildirilmişdir. Hz.Şueyb Allahı inkar etdiklərinə görə böyük bir əzabla məhv olan bu qövmü son ana qədər tövbə etməyə və Allaha qulluq etməyə çağırmışdır.
Allahdan qorxmayan insanların sahib olduğu pis əxlaq onların həyatının hər anında ortaya çıxır. Bura qədər haqqında bəhs etdiyimiz qövmlərə diqqət etsək görərik ki, Allahdan qorxmayan bu insanlar çirkin azğınlıqlar edən, yol kəsən, başqalarının haqqına təcavüz edən, utanc hissini itirmiş, öz mənfəətlərindən və dünyəvi maraqlarından başqa heç bir şeyi düşünməyən insanlardır. Bu pis əxlaqlı davranış və xüsusiyyətlərin hamısı bugünkü cəmiyyətlərdə son dərəcə geniş yayıldığı üçün Allahın peyğəmbərlərinin öz qövmlərinə verdiyi öyüdlərin hamısı bütün dünyada olan insanlara eynilə şamil edilə bilər. İnsanların bu xatırlatmalardan öyüd alması bu gün də lazımdır.
Məsələn, Hz.Şueybin qövmünün ən mühüm xüsusiyyətlərindən biri onun ticarətdə hiyləyə əl atan bir qövm olmasıdır. Hz.Şueyb öz qövmünü bu barədə xəbərdar etmiş və bu əmri yerinə yetirməyin onlar üçün daha xeyirli olacağını belə xatırlatmışdır:
Mədyən xalqının bu pis xüsusiyyəti bugünkü dindən uzaq cəmiyyətlərdə tez-tez görünən, hətta bəzən təbii qarşılanan xüsusiyyətlərdəndir. Bu səbəblə Hz.Şueybin öz qövmünə etdiyi çağırışların hər biri bu gün yaşayan insanlara da şamil edilə bilər. Bu gün də insanlar ticarət edərkən heç bir əskiltmə etməməli, dürüst bir davranış göstərməli, yer üzündə nizam-intizamı qorumalı, fitnə-fəsaddan uzaq durmalıdır. Əks təqdirdə keçmişdə yaşayan qövmlərin başına gələn fəlakətlərin bənzəri ilə qarşılaşmaqdan çəkinməlidirlər. Möminlərin vəzifəsi də yaşadıqları cəmiyyətləri Allahın peyğəmbərlərindən nümunə götürərək bu mövzuda xəbərdar etməkdir.
Hz.Şueyb öz qövmünə belə müraciət etmişdir:
İnsan Allahın haram etdiyi yollardan dünyada bir var-dövlət əldə edə bilər. Ancaq bu yolla qazanılan pul və mal sahibinə heç vaxt fayda verməz. Əksinə, bu adam qazandıqları ilə heç bir zaman xoşbəxt və rahat ola bilməz, əlindəkilərin bərəkəti gedər və onlardan istədiyi kimi faydalana bilməz. Amma bundan daha önəmlisi odur ki, Allahın rizasına əhəmiyyət vermədən harama girən və bu yolla qazanc əldə edən adam bu əməlini ölənə qədər davam etdirdiyi halda əməlinin əvəzini axirətdə də əbədi bir cəhənnəm əzabı ilə alır. Allahın halal bildiyi yollarla əldə edilən qazanc isə hər zaman xeyir gətirir. Çünki Allahın insanlara göstərdiyi yol ən doğru və ən faydalı olandır. Buna görə də Allahın dininə uyğun şəkildə yaşayanlar və qazancı halal yolla əldə edənlər bunun faydasını və bərəkətini həmişə görərlər. Allah dünyada və axirətdə iman edənlərə qorxub-çəkinmələrinin əvəzində qat-qat artıq nemət verir. Allah bir ayəsində halal qazancla haram qazanc arasındakı fərqi belə bildirir:
Bütün peyğəmbərlər kimi vəzifəsinin yalnız təbliğ etmək olduğunu, ancaq təbliğ etdiyi adamlara Allahın hidayət verəcəyini bilən Hz.Şueyb bu sözlər qarşısında qövmünə belə cavab vermişdir:
Hz.Şueyb Allahın elçisi olduğunu bir daha xatırlatmışdır. Və gətirdiyi dinin hökmlərinin Allahın hökmləri olduğunu vurğulayaraq yeganə məqsədinin onları doğru yola çağırmaq olduğunu söyləmişdir. Həmçinin Hz.Şueyb öz vəzifəsini haqq ilə yerinə yetirən bir peyğəmbər olaraq uğur qazanmasını da yalnız Allahın istəyi ilə gerçəkləşəcəyini bilir. Qövmünə də bunu xatırladaraq hər şeyin Allahın diləməsi ilə olduğunu təbliğ etmişdir.
Hz.Şueyb haqqında bura qədər bəhs etdiyimiz digər peyğəmbərlər kimi qövmünə onlara verilən nemətləri xatırlatmış və bunlar üçün Allaha şükr etmələrini əmr etmişdir. Bundan başqa, əgər Allahın əmrlərinə qarşı çıxsalar, onlara başlarına bir əzab gələcəyinə dair xəbərdarlıq etmişdir:
Bundan başqa, Hz.Şueyb bu insanlara keçmişdə yaşayan qövmlərin inkarçılıqları nəticəsində necə bir cəza gördüklərini də xatırlatmışdır. O qövmlərin də peyğəmbərlərinə qarşı çıxdıqları üçün Allahın əzabı ilə qarşılaşdıqlarını vurğulayaraq qövmünün belə bir xətaya düşməməsi üçün onları xəbərdar edib qorxutmuşdur:
Tarix boyunca Allahın bütün elçiləri inkarçı qövmləri tərəfindən oxşar hücumlara məruz qalmışlar. Bu qövmlər peyğəmbərləri və yanlarındakı möminləri Allahın dininə uyduqları üçün günahlandırmış, onların öz batil dinlərinə dönməsi üçün səy göstərmiş, hətta onlara zor tətbiq edərək bunu həyata keçirməyə çalışmışdılar. Mədyən xalqının məşhur inkarçıları da Hz.Şueybi və onunla birlikdə olanları dinlərindən döndərmək istəmiş, onlara tabe olmayacaqları təqdirdə onları yurdlarından çıxarmaqla hədələmişdilər. Hz.Şueyb bu hədə-qorxuya belə cavab vermişdir:
Allahın rəsulunun buradakı sözləri qəti qərarlılığın aşkar bir göstəricisidir. Hamıya nümunə olan bu qərarlılıq bütün möminlərdə də olması vacib olan xüsusiyyətdir. Çünki Allaha iman edən insan Hz.Şueybin söylədiyi kimi, Allahın “elm baxımından hər şeyi əhatə etdiyi”ni bilir. Onun istəyi olmadan heç kimsənin özünə bir zərər verə bilməyəcəyinə və ya heç kimsədən bir fayda götürməyəcəyinə qətiyyətlə inanır. Buna görə də ona qarşı son dərəcə təvəkküllü bir davranış göstərir. Və ən önəmli olanı da budur ki, mömin insan Allahın əmrlərini yerinə yetirməkdə ən kiçik bir güzəştə də getməz.
Müşrik qövmlərin ən qabarıq xüsusiyyətlərindən biri də bu insanların başqa insanlardan və ya varlıqlardan Allahdan qorxduqlarından da çox qorxması, bunları Allahdan da çox sevməsi və ya bu varlıqların rizasını Allahın rizasından üstün tutmasıdır. Hz.Şueybin qövmü də Allahın böyüklüyünü qiymətləndirməyən insanlardan ibarət idi. Bu insanların Allahdan qorxuları yox idi, amma insanlardan çəkinirdilər. Həmçinin Hz.Şueybi öldürmək istədiklərini, ancaq onun ətrafında olan yaxınlarından çəkindiklərini söyləmişdilər:
Halbuki mütləq güc sahibi olan yalnız Allahdır. Qorxulacaq tək varlıq da Allahdır. Hər varlıq və hər hadisə Allahın elmi və nəzarəti altındadır. Hz.Şueyb da qövmünün bu hədə-qorxusuna qarşı Allahın hər şeydən üstün olduğunu belə xatırlatmışdır:
Allahın elçisini və ayələrini inkar etməkdə israrla davam edən bütün qövmlər kimi Mədyən xalqının da hələ dünyada ikən aldığı əvəzi Allah belə bildirmişdir:
Quranda Hz.Loğmanın ona hikmət verilmiş bir peyğəmbər olduğu bildirilir. Onun oğluna verdiyi öyüdlərin bir hissəsi Quranda da xəbər verilmişdir. Bu öyüdlər möminlərin diqqət verməsi vacib olan əsas məsələləri əhatə edir. Buna görə də bizim üçün çox əhəmiyyətlidir.
Allah Ona şərik qoşmağın əsla bağışlamayacağı bir günah olduğunu “Nisa” surəsinin 48-ci və 116-cı ayələrində bildirmişdir. Hz.Loğman da oğluna öyüd verərkən öncə şirkdən çəkinməsini, şirkin çox böyük zülm olduğunu söyləmişdir:
Hz.Loğman oğluna öyüd verərkən ona təkəbbürə qapılmamaq barədə xəbərdarlıq etmişdir. Çünki bütün güc və qüvvət Allaha məxsusdur. Ağlın, elmin həqiqi sahibi də Odur. Hər şeydə Allaha möhtac olan insan kimi aciz bir varlığın - özündə bir güc və üstünlük varmış kimi - təkəbbür göstərməsi, yerişi ilə, danışığı ilə təkəbbürlü bir davranış sərgiləməsi son dərəcə pis bir əxlaqi xüsusiyyətdir. Belə edən bir adam təkəbbür göstərdikcə Allah qarşısında daha da günahkar olacaq və aşağıdakı ayənin əhatə dairəsinə girəcəkdir:
Təkəbbür göstərən və lovğalanan insanlar hər bir şeydə öz ağlına güvənirlər. Bu adamların öz prinsip və rəyləri hər şeyin önündə gəlir. Onlara təbliğ edən adam bir peyğəmbər belə olsa ona qarşı çıxır, hörmətsizlik edirlər. Həmçinin Quranda qövmlərin peyğəmbərlərlə danışan başbilənlərinin ortaq xüsusiyyətinin təkəbbürlülük olduğu bildirilmişdir.
Hz.Loğman insanlara və ya oğluna təkəbbürlülük barədə öyüd verərkən bu iki cəhəti xüsusilə vurğulamışdır: səs tonu və yeriş forması. Burada diqqəti cəlb edən məqam Allahın Hz.Loğmanın ağzından bir hökmünü bildirməsidir.Quranda Hz. Musadan bir çox ayədə bəhs edilir. Onun qarşılaşdığı hadisələr, qövmünə etdiyi təbliğ, sahib olduğu üstün əxlaq, Allaha olan iman və təslimiyyəti, səmimiyyəti bir çox ayədə möminlərə bildirilmişdir. Hz.Musa ilə bağlı ayələri oxuyan möminlərin vəzifəsi də Allahın bir çox cəhətdən üstün etdiyi bu rəsulundan nümunə götürmək, onun öz dövründə ətrafındakı insanlara tövsiyə etdiklərini həyata keçirməyə çalışmaqdır.
Hz.Musa ilk olaraq Allahın əmri ilə qövmünün başında olan Firona təbliğ etmişdir. Firon o dövrdə özünün tanrı olduğunu elan etmiş son dərəcə azğın bir insan idi. Və xalqı da sahib olduğu gücə görə ona bütövlükdə boyun əymiş vəziyyətdə idi. Allah Hz.Musaya Fironun yanına gedib onu haqq yola cağırmasını və belə söyləməsini bildirmişdir:
Başqa bir ayədə Allah Hz.Musaya verdiyi əmri belə bildirmişdir:
Allahın vəhyi ilə Hz.Musa qardaşı Hz.Harunla Fironun yanına getmiş, Allahın əmr etdiklərini Firona təbliğ etmiş və belə demişdir:
Hz.Musa Allahın əmri ilə Fironun yanına getdiyi zaman aralarında belə bir söhbət olmuşdur:
Yuxarıdakı ayələrdən də göründüyü kimi, Hz.Musa Allahın varlığını bildirdiyi müddətdə ona verilən suallara son dərəcə hikmətli cavablar vermişdir. Öncə hər şeyin Yaradıcısının Allah olduğunu söyləyərək, sonra da Allahın üstün sifətlərini bildirərək qarşısındakı adama Allahın varlığını və böyüklüyünü təbliğ etmişdir.
Hz.Musa Firona qarşı Allahın sonsuz gücünü belə təbliğ etmişdir:
Hz.Musanın onu haqq dininə dəvət etməsi, Allahın tək Tanrı olduğunu bildirməsi üzündən Firon bütün inkarçılar kimi zorakılığıa əl atmağa başlamışdır. Firon Hz.Musanı hədələyərək ondan başqa tanrı qəbul edəcəyi halda onu həbs edəcəyini söyləmişdir. Bu barədə Hz.Musa ilə Firon arasında keçən söhbətlər bu şəkildədir:
Hz.Musanın göstərdiyi möcüzəyə qarşı Firon yenə də inadkarlıqla inkar etmiş və onu bu dəfə falçılıqda günahlandırmışdır. Sonra da falçıları çağırıb əgər Hz.Musaya üstün gələrlərsə, onları mükafatlandıracağını vəd etmişdir. Təyin olunan vaxtda Hz.Musa ilə falçılar qarşı-qarşıya gəlmişdilər. Hz.Musa ilk öncə falçılarla danışmış və onlara əməlləri üzündən Allahın əzabı ilə qarşılaşacaqları barədə xəbərdarlıq etmişdir:
Digər peyğəmbərlərin həyatından da göründüyü kimi, Allah iman edən insanları hər zaman qoruyacağını, inkarçıların onlara heç bir zaman zərər verə bilməyəcəyini müjdələmişdir. Sehrbazlarla görüş zamanı gələndə Hz.Musa Allahı inkar edənlərin möminlərə qarşı etdiklərinin sonunculara zərər verməyəcəyini belə bildirmişdir:
Buna baxmayaraq, sehrbazlar əməllərində inadkarlıq edərək Hz.Musaya qarşı mübarizə aparmış və əllərindən gələni əsirgəməmişdilər. Bu barədə olan ayələr belədir:
Bunun üzərinə Allah Hz.Musaya belə vəhy etmişdir:
Həqiqətən də Hz.Musa əsasını buraxanda Allahın vədi həyata keçmişdir:
Əlbəttə, mövcud nizam-intizamın pozulması Fironun öz maraqlarına zidd olduğu üçün onun xoşuna gəlməmişdir. Şəxsi mənfəətlərini itirməmək üçün Hz.Musanı öldürmək istəmiş və “Buraxın məni Musanı öldürüm, qoy o da Rəbbini çağırsın. Doğrusu, mən onun sizin dininizi dəyişdirəcəyindən və yer üzündə fitnə-fəsad törədəcəyindən qorxuram” (“Mumin” surəsi, 26) demişdir.
Fironun onu ölümlə hədələməsinə qarşı Hz.Musa digər peyğəmbərlərdə də gördüyümüz kimi, qəti qərarlılıq göstərmiş və belə cavab vermişdir:
Firon və ətrafındakılar Allahın Hz.Musaya verdiyi möcüzələri bir sehr kimi qəbul etmişdilər. Hz.Musa ona sehrbaz iftirası atan və “biz keçmiş əcdadlarımızdan bunu eşitmədik” deyən bu kəslərə “...Rəbbim Öz dərgahından kimin hidayətlə gəldiyini və axirət yurdunun kimə nəsib olacağını daha yaxşı bilir. Həqiqətən, zalimlər nicat tapmazlar!” (“Qəsəs” surəsi, 37) deyərək cavab vermişdir.
Allah Quranda vicdanları qəbul etdiyi halda qürur və təkəbbürləri üzündən Allahın ayələrini görməməzliyə vuran insanların varlığını bildirmişdir. Firon da bu insanların ən azğınlarından biridir. Hz.Musa ona açıq-aydın dəlillər gətirdiyi halda o, bunları görməzliyə vurmuşdur.
Hətta Fironun tərəfdarları başlarına fəlakət gələn zaman Hz.Musadan özləri üçün Allaha dua etməsini istəmiş və istəkləri həyata keçərsə, iman gətirəcəklərini söyləmişdilər (“Əraf” surəsi, 130-135).
Hz.Musa boş bir qürur və təkəbbür nəticəsində həqiqətləri qulaqardına vuran Fironu əzaba qarşı belə xəbərdar etmişdir:
Hz.Musa Fironun iftira və hücumlarına qarşı möminlərə səbrli olmağın vacibliyini söyləmiş və Allahın iman edənləri inkarçılar qarşısında mütləq uğura çatdıracağını müjdələmişdir:
Yenə başqa bir ayədə Hz.Musanın öz qövmünə təvəkküllü olmalarını tövsiyə etdiyi belə bildirilmişdir:
Hz.Musanın tövsiyə etdiyi şəkildə bir çətinliklə qarşılaşdığı zaman səbrli və təvəkküllü davranmaq, bu etibarlı ruh halı sayəsində ağıllı qərarlar qəbul etmək, mülayim davranışlar göstərmək möminlərə həmişə uğur qazandırır.
Hz.Musa ona tabe olan möminlərlə birlikdə Allahın əmri ilə Fironun qövmündən ayrılmışdır. Firon da ordusu ilə birlikdə onları izləmişdir. Dəniz kənarına gəldikləri zaman Hz.Musanın yanındakılar qaçacaq yerləri olmadığını düşünmüş və buna görə “...artıq yaxalandıq...” (“Şuəra” surəsi, 61) demişdilər. Ancaq Hz.Musa bu vəziyyətdə də təvəkkülü ilə örnək olmuşdur. Yanındakı adamlarla Allahın onlara mütləq yardım edəcəyini bildirmişdir:
Hz.Musanın çətinlik qarşısında göstərdiyi bu davranış əlbəttə ki, bütün müsəlmanlara mühüm bir yol göstərir. Bir insan nə qədər çətin şərtlərlə qarşılaşsa da hər şeyin Allahın nəzarətində olduğunu və Onun dilədiyi şəkildə baş verdiyini unutmamalıdır.
Həmçinin bu dərin imanın əvəzində Allah Hz.Musaya əsası ilə dənizə vurmasını əmr etmişdir. Dəniz ortadan iki yerə ayrılanda insanlar qarşı tərəfə keçmişdilər. Firon da ordusu ilə birlikdə onları izləmək istəmiş, ancaq onlar dənizi keçərkən su yüksəlmiş və hamısı boğulmuşdur. Əlbəttə, bu hadisə Allahın möminlərə olan köməyinin açıq bir nümunəsidir. Hz.Musa Allahdan başqa tanrıya ibadət edən qövmünə Allahın onlara verdiyi nemətləri xatırladaraq qövmünü cahillik etməməsi barədə xəbərdar etmişdir.
İsrailoğulları Hz.Musa ilə birlikdə dənizi keçdikdən sonra bütlərə ibadət edən bir qövmlə rastlaşmışdılar. Bu səbəblə də qövmü Hz.Musaya “sən də bizə bir tanrı düzəlt” deyərək nə cür yanlış bir imana sahib olduğunu göstərmişdi. Hz.Musa qövmünə Allahdan başqa tanrılara sitayiş edənlərin düşdüyü vəziyyəti bildirmiş və nankorluq etməmələri üçün Allahın onlara verdiyi nemətləri xatırlatmışdır:
Allah insanlara saymaqla bitməyəcək qədər çox nemət vermişdir. İnsanın düşünə bilməsi, danışa bilməsi, görə bilməsi, ətrafındakı gözəlliklər, dünyanın tam onun ehtiyacına uyğun olaraq yaradılması və saymaqla qurtarmayan minlərlə, milyonlarla nemət... Bu nemətlərə şükr etmək möminlər üçün bir ibadətdir. Bunları düşünüb Allahın öz üzərindəki rəhmətini görə bilən insanın Rəbbimizə olan bağlılığı artar. Belə bir adam ona bu nemətləri bəxş edən Allaha qarşı əsla nankorluq edə bilməz. Buna görə də peyğəmbərlər öz qövmlərinə Allahın nemətlərini xatırlatmış və Allahın əmr etdiyi kimi, bu nemətləri yada salmasının vacibliyini bildirmişdir. Hz.Musa da qövmünə Allahın onlara verdiyi nemətləri xatırlamasının vacibliyini söyləmişdir:
Allah İsrailoğullarını Fironun zülmündən qurtardıqdan sonra onlara maddi və mənəvi yöndən bir çox nemətlər vermişdir. Quranda onlara verilən nemətlər belə bildirilmişdir:
Ancaq qövmü nankorluq etmiş, Hz.Musaya bir növ yeməyə qane olmayacaqlarını, buna görə Hz.Musanın Allaha yalvararaq onlar üçün paxla, sarımsaq, mərci və soğan istəməsini söyləmişdir. Hz.Musa qövmünün bu nankor davranışına qarşı belə demişdir:
Hz.Musa ilə bağlı olan bu ayədən də gördüyümüz kimi, Allahın elçiləri insanlara daim əllərindəki nemətlərə şükr etmələrini, nankorluq edərlərsə, bunun nəticəsində əzabla qarşılaşacaqlarını xatırlatmışdır. Əlbəttə, onların bu xəbərdarlığı hər dövrə aiddir. Allah Rəzzaqdır (ruzi verəndir), insanlara saysız nemətlər verərək bunların əvəzində də onların şükr etməsini əmr edir. Əks hərəkət edənlər isə keçmişdə olan nankor qövmlərin başına gələnlərin bir bənzəri ilə qarşılaşmaqdan çəkinməlidir. Hz.Musa doğru yoldan azan qövmünə Allahın vəd və əzabını xatırlatmış, onları dərhal tövbə etməyə çağırmışdır.
Hz.Musa Allahın əmri ilə Tur dağına getmək üçün qövmündən bir müddət ayrılmış, bu zaman yerinə Hz.Harunu qoymuşdur. Ancaq Hz.Musanın yoxluğu zamanı zəiflik göstərən xalqı öz aralarındakı Samiri adlanan bir adama uymuş və özünə bir buzov heykəli düzəldərək ona sitayiş etməyə başlamışdı. Bu səbəbdən Hz.Musa qövmünə qayıtmış və bunları xatırlatmışdır:
Hz.Musa bu xatırlatmalardan sonra qövmünü təkrarən tövbə etməyə dəvət etmişdir. Etdikləri xətanı onlara izah etmiş, tövbə edərlərsə, bunun onlara daha çox xeyirli olacağını bildirmişdir:
Yuxarıdakı ayədən də göründüyü kimi, Hz.Musa insanları azdırmağa çalışan bir adama qarşı kəskin bir tədbir görmüşdür. Samirinin bir daha başqa insanları azdırmasına izn verməyərək onu yaşadığı yerdən uzaqlaşdırmışdır. Və düzəltdiyi bütü yandırıb məhv etmiş, sonra da dənizə atmışdır. Hz.Musanın bu rəftarı bu tipli məsələlərdə necə tədbir görmək lazım olduğuna da işarə edir. Bundan başqa, ona dünyada və axirətdə qarşılaşacağı əzabı da xəbər vermişdir. Bundan sonra Hz.Musa Allahın tək Tanrı olduğunu xatırlatmışdır:
Allah Hz. Musaya Fironun yanın gedib onu təbliğ etməsini söylədiyi zaman Hz. Musa Allahdan bir köməkçi istəmişdir. Allah ona Hz. Harunu köməkçi göndərmişdir. Hz.Harun Hz.Musanın öz qövmünə qarşı apardığı mübarizə zamanı ona dəstək olmuşdur. Allah Hz.Musanı ona tabe olanlarla birlikdə Fironun adamlarından xilas etdikdən sonra Hz.Musa bir müddət qövmündən ayrılmış və ayrılarkən də yerinə qardaşı Hz.Harunu qoymuşdur. Ancaq Hz.Musa onlardan ayrıldıqdan sonra qövmü Samiri adlı adamın rəhbərliyi ilə bir buzov heykəli düzəldib ona sitayiş etməyə başlamışdır.
Ancaq qövmü Hz.Musa gələnə qədər buzova sitayiş edəcəklərini söyləyərək inadla inkar etmişdi:
Hz.Musa Tur dağında olarkən Allah ona qövmünün halını xəbər vermişdir. Bu səbəbdən qövmünə geri qayıdan Hz.Musa ilə Hz.Harun arasındakı söhbətlər bu şəkildədir:
Allahın kitab verdiyi peyğəmbərlərdən biri də Hz.Davuddur. Hz.Davud həyatının hər anında, qarşılaşdığı bütün hadisələrdə Allahı zikr edən, Ondan istəyən, kömək diləyən, bir ayədə bildirildiyi kimi, “hər rəftar və davranışında Allaha yönələn” bir peyğəmbər idi. Hz.Davud Allahın mülk, hikmət və natiqlik məharəti verərək insanların çoxundan üstün etdiyi bir qul idi.
Allah Quranda Hz.Davuda həm maddi, həm də mənəvi cəhətdən böyük bir güc verdiyini bildirmişdir. Belə ki, Hz.Davudla birlikdə zikr etmələri üçün dağları və daşları ona boyun əydirmişdir (“Ənbiya” surəsi, 79). Bunlardan aydın olur ki, Hz.Davud çox az insanın sahib ola biləcəyi elmlərə sahib idi.
Allah bir çox cəhətdən üstünlük verdiyi Hz.Davudu yer üzərində bir xəlifə etdiyini bir ayədə belə bildirmişdir:
Allahın güc və bəsirət verdiyi Hz.Davud bütün peyğəmbərlər kimi qövmünü Allaha iman gətirməyə dəvət etmişdir. Allah Hz.Davudun ədalətini, həqiqəti əsas tutaraq hökm etməsini möminlərə nümunə göstərmişdir. Hz.Davudun aralarından hökm etməyə cəhd edən iki iddiaçı haqqındakı ədalətli hərəkəti möminlərə bir nümunədir:
Hz.Davudun yanına gələn bu iddiaçılara cavabı belə olmuşdur:
Hz.Davud da digər peyğəmbərlər kimi insanları Allahın əmri ilə yaşamağa çağırmışdır. Yuxarıdakı ayə bunun bir nümunəsidir. Hz.Davud yanına gələn iddiaçılara bir-birinin haqqına təcavüz etməməyi tövsiyə etdikdən sonra onlara bunun ancaq həqiqətən iman gətirən qullarının yaşadığı bir əxlaq olduğunu xatırlatmışdır.
Eyni ayənin davamında hər davranışında Allaha yönələn Hz.Davudun burada verdiyi qərardan sonra da Allaha yönəldiyi bu şəkildə bildirilmişdir:
Allahın onu hər hadisədə sınadığını, etdiyi hər işdə Onun rizasını qazanmaq lazım olduğunu bilən və üstün əxlaq sahibi olan Hz.Davudun bu davranışı möminlər üçün gözəl bir örnəkdir. İman gətirən hər insan Quranda göstərilmiş bu nümunəvi davranışdan ibrət almalı, etdiyi hər şeyə Allahın şahid olduğunu, hesab günü isə bütün əməllərinə görə sorğuya çəkiləcəyini unutmamalıdır.
“Biz Davuda və Süleymana elm verdik. Onlar dedilər: “Bizi Öz mömin bəndələrinin çoxundan üstün tutan Allaha həmd olsun!”” (“Nəml” surəsi, 15).
Hz.Süleyman varisi olduğu Hz.Davud kimi Allahın ona verdiyi maddi və mənəvi nemətlərlə üstün edilmiş bir peyğəmbərdir. Allah yolunda sərf etmək üçün dünyada heç kimsəyə nəsib olmayan bir var-dövlətə sahib olmağı istəmiş və Allah onun bu duasını qəbul etmişdir. Fırtına şəklində əsən külək, ərimiş mis mədəni, cinlər onun əmrinə verilmişdir. Allahın Hz.Süleymana verdiyi nemətləri bildirdiyi ayələrdən bəziləri belədir:
Sahib olduğu hər şeyin Allahın ona verdiyi bir nemət olduğunu bilən Hz.Süleyman bunları Allahın rizasını qazanmaq məqsədi ilə istədiyini belə ifadə etmişdir:
Hz.Süleymanın bu sözləri bütün müsəlmanlar üçün bir örnəkdir. İman gətirən hər insan yer üzündəki hər şeyin tək sahibinin Allah olduğunu və sahib olduqlarını ona Allahın bir nemət olaraq verdiyini bilir. Buna görə gördüyü hər gözəllik qarşısında Hz.Süleyman kimi Allahı zikr edir, Ona şükr edir. Amma dünyada gördüklərinin müvəqqəti bir nemət olduğunu, bunların ən yaxşısının ona əbədi davam edəcək axirət həyatında veriləcəyini də əsla unutmur.
Quranda Hz.Süleymanın günəşə sitayiş edən Səba qövmünün qadın hökmdarına təbliğ edərkən istifadə etdiyi metodlar bildirilmişdir. Hz.Süleymana tabe olan Hüdhüd quşu bu qövm haqqında xəbər gətirdiyi zaman Hz.Süleyman ilk öncə bir məktub göndərərək onları haqq dinə çağırmışdır.
Hz.Süleyman göndərdiyi məktubda bu qövmü Allaha iman gətirməyə və ona təslim olmağa dəvət etmişdir. Məktubu alan Səba məlikəsi Allaha çağıran məktubun məzmununu qövmünün başbilənlərinə bu şəkildə açıqlamışdır:
Hz.Süleymanın gücü və qətiyyəti məktubda işlədilən ifadədən də asanlıqla başa düşülür. Səba qövmünün başçıları dərk etdilər ki, əgər Hz.Süleymanın əmrinə qarşı çıxsalar, böyük ziyana uğrayacaqlar. Ancaq öncə ona bir hədiyyə göndərərək Hz.Süleymanı sınamaq istəmişdilər.
Güc və şərəf sahibi olan Hz.Süleyman Səba məlikəsinin göndərdiyi hədiyyələri qəbul etməmiş, bu məsələdə son dərəcə qətiyyətli bir davranış göstərmişdir:
Hz.Süleyman bu sözləri ilə Allahın rizasını heç bir dünyəvi mənfəətə dəyişmədiyini göstərmişdir. Hz.Süleymanın heç bir şeyə tamah salmayan bu davranışı mühüm bir üstünlükdür. Və möminlərin nümunə götürəcəyi gözəl bir iman xüsusiyyətidir.
Hz.Süleyman Səba xalqının müsəlman olmasını istəmişdir. Sarayına gələcək qadın hökmdara Allahın ona verdiyi gücü göstərmək və bununla Səba qövmünün hidayət yoluna gəlməsinə vasitə olmaq üçün fərqli bir üsuldan istifadə etmişdir. Hz.Süleyman köməkçilərindən Səba məlikəsinin taxtını ona gətirmələrini istəmişdir:
Bu barədə Hz.Süleymana verilən cavab belə olmuşdur:
Və Hz.Süleyman bir anda taxtı yanında görmüşdür. Sahib olduğu hər şeyi Allahın onu sınamaq üçün verdiyini bilən Hz.Süleyman taxtı görəndə bunun Allahdan bir sınaq olaraq yaradıldığını belə bildirmişdir:
Səba məlikəsi ora gələrkən gördüyü möcüzədən və Hz.Süleymanın sarayının əzəmətindən təsirlənərək tövbə etmiş və imana gəlmişdir. Hz.Süleymanla onun arasındakı söhbətlər Quranda belə bildirilir:
Hz.İsa Allahın kitab verdiyi peyğəmbərlərdən biridir. Hz.İsa atasız dünyaya gəlmişdir. Bu, onun həyatındakı möcüzələrdən biridir. Doğumundan etibarən bütün həyatı boyu bir çox möcüzələr verilən Hz.İsanın yaradılışı Quranda bu şəkildə bildirilir:
Hz.İsa hələ beşikdə ikən Allahın təqdiri ilə böyük bir möcüzə göstərmiş və danışmağa başlamışdır. Hz.İsa peyğəmbərlik vəzifəsini insanlara bu şəkildə təbliğ etmişdir:
Allahdan uzaq yaşayan cəmiyyətlərin mühüm bir xüsusiyyəti də onların bir-biri ilə yola getməməsi, ortaq bir nöqtədə birləşməməsi və tez-tez ixtilaf etməsidir. Yaşadıqları əxlaqın təməli Allah qorxusuna əsaslanmadığı üçün bu ziddiyyət hər mövzuya aiddir. Allah elçilərini bu qövmlərə aralarındakı ixtilafı həll etmək və onları alternativsiz və yeganə doğru olan haqq dinə çağırmaq üçün göndərmişdir. Hz.İsa da qövmünə gəlişinin məqsədinin aralarındakı ixtilafı aradan qaldırmaq olduğunu belə bildirmişdir:
Hz.İsanın həvariləri Allaha iman gətirdiklərini söyləyən, peyğəmbərlərinin yanında olan adamlar idi. Ancaq daha sonra Hz.İsadan onlara bir möcüzə göstərməsini istəmişdilər. Və “Ya Məryəm oğlu İsa! Rəbbin bizə göydən bir süfrə göndərə bilərmi?” (“Maidə” surəsi, 112) demişdilər. Əlbəttə, bir insanın Allaha iman etməsi üçün möcüzə görməsinə lüzum yoxdur. Çünki Onun varlığı açıq-aydın olan bir həqiqətdir. Buna görə də Hz.İsa həvarilərin bu istəyinə belə cavab vermişdir:
Ancaq həvarilər Allahdan gələcək bu möcüzəni qəlblərinin əmin olması üçün istədiklərini söyləyincə Hz.İsa da Allaha dua etmək onlara göydən bir süfrə endirilməsini istəmişdi. Bu barədə olan ayələr bu şəkildədir:
Bildiyimiz kimi, Hz.İsadan sonra gələn peyğəmbər Hz.Muhəmməddir (s.ə.v.). Hz.Muhəmmədin (s.ə.v.) digər adı Əhməddir. Hz.İsa İsrailoğullarına özündən sonra gələcək peyğəmbəri belə xəbər vermişdir:
Hz.İsa da Allahın bütün peyğəmbərləri kimi qövmünə Allahın varlığını, Onun hər şeyin Yaradıcısı olduğunu, hər növ qüsurdan münəzzəh (xali) və ən gözəl sifətlərin sahibi olduğunu, sonsuz qüdrət və ədalət sahibi olduğunu təbliğ etmişdir. Və digər peyğəmbərlər kimi qövmünü Allahdan qorxub çəkinməyə, Ona ibadət etməyə dəvət etmişdir:
Allahın yuxarıdakı ayəsində bildirdiyi kimi, Hz.Muhəmməd (s.ə.v.) sonuncu peyğəmbərdir. Qurandakı “de, de ki” ilə başlayan ayələrlə Allah Peyğəmbərinə (s.ə.v.) söylənməsi lazım olan sözləri bildirmiş, Hz.Muhəmməd (s.ə.v.) bu ayələrlə təbliğ etmişdir.
Hz.Muhəmməd (s.ə.v.) Allahdan qorxan və bağışlanmağı istəyən qulların ona uymasının vacibliyini belə təbliğ etmişdir:
Hz.Muhəmmədin (s.ə.v.) bu çağırışı bu gün yaşayan bütün insanlara da aiddir. Allah dinini təbliğ etmələri üçün göndərdiyi elçilərinə tam itaəti əmr etmiş, bir çox ayədə elçiyə itaətin əslində Allaha itaət olduğunu bildirmişdir. Bu səbəbdən peyğəmbərə itaət dinin ən mühüm və həyati məsələlərindən biridir. Və bu itaətin göstərilməsi də əlbəttə, peyğəmbərin təbliğ etdiyi məsələləri tam bir təslimiyyətlə tətbiq etməklə olur.
Hz.Muhəmməd (s.ə.v.) digər peyğəmbərlər kimi qövmünə öncə etdiyi təbliğin əvəzində heç bir ücrət istəmədiyini, hər əməlini Allah rizası üçün etdiyini və əvəzini Allahdan gözlədiyini bildirmişdir. Allahın Hz.Muhəmmədə (s.ə.v.) insanlardan heç bir əvəz gözləmədiyini söyləməsini əmr etdiyi ayələrdən bəziləri bu şəkildədir:
Başqa bir ayədə isə qövmünə heç bir mənfəət gözləmədiyini bildirən Hz.Muhəmməd (s.ə.v.) onlara əsl məqsədini belə bildirmişdir:
Allahın varlığının dəlliləri açıq-aydın olduğu halda inkarçılar iman gətirməmək üçün bəhanələr axtarır və Allahın onlara möcüzələr göndərməsini istəyir. Hz.Muhəmmədin (s.ə.v.) qövmü də ona tabe olmamaq üçün onlara bir dəlil göstərməsini istəmişdilər. Ancaq bu insanların Allahdan möcüzələr istəməsinin səbəbi onları gördükləri zaman iman etmək və imanlarını sağlamlaşdırmaq deyil. Söylədikləri sadəcə olaraq ona təslim olmamaq üçün irəli sürdükləri bir bəhanədir. Allah Hz.Muhəmmədə (s.ə.v.) bu insanlara belə söyləməsini əmr etmişdir:
Hər insanın Allah dərgahında müəyyən olan bir ölüm vaxtı var. O an yetişəndə Allahın mələkləri insanın canını almağa gəlirlər. Əgər imanlı bir insanın ölümüdürsə, mələklər ona salam verib onu cənnətlə müjdələyir, canını asanlıqla alırlar. İnkarçıların canı isə üzlərinə və arxalarına vurularaq alınır. Mələklər onlara təhqiramiz bir əzaba məruz qalacaqlarını bildirirlər. İman etməyən insanlar gördükləri açıq-aydın həqiqətə o an təslim olurlar. Ancaq bu andan sonra insanın iman etməsi ona bir fayda verməz, çünki artıq ona verilən vaxt sona çatmışdır. Allah bu həqiqəti iman etməmək üçün bəhanə axtaran insanlara bildirmiş və Hz.Muhəmmədə (s.ə.v.) insanlara belə deməsini əmr etmişdir:
Allahdan qorxmayan insanlar sahib olduqları qürura görə vicdanları qəbul etsə belə bir insana tabe olmaq, onun özlərindən üstün olduğunu qəbul etmək istəməzlər. Daha əvvəlki peyğəmbərlərin qövmlərində də gördüyümüz kimi, bu tip insanlar peyğəmbərlərin qeyri-insani xüsusiyyət daşımasının vacibliyini iddia edirlər. Hz.Muhəmmədin (s.ə.v.) qövmü də ona tabe olmamaq üçün bunlar kimi bir çox bəhanələri ortaya atmış, onun bazarlarda gəzən normal bir insan olduğunu söyləyərək peyğəmbər olmadığını iddia etmişdilər.
Hz.Muhəmməd (s.ə.v.) də belə yanlış fikirləri olan qövmünə özünün yalnız bir insan olduğunu və nicat tapmaq istəyənin ancaq Allaha yönəlməsinin vacibliyini təbliğ etmişdir:
Yenə qövmünün bu fikirlərinin müqabilində Hz.Muhəmməd (s.ə.v.) onlara yalnız bir xəbərdaredici olduğunu, sadəcə olaraq Allahın əmrlərini yerinə yetirdiyini, ona tabe olanların isə hidayət tapacağını bildirmişdi:
Hər inkarçı qövm kimi Hz.Muhəmmədin (s.ə.v.) qövmü də onunla Allah barədə mübahisə etmişdi. Hz.Muhəmməd (s.ə.v.) bu cür çirkin bir davranış göstərən qövmünə özünün Allaha təslim olduğunu təbliğ etmişdir:
Hz.Muhəmməd (s.ə.v.) qövmünə Allahın tək Tanrı olduğunun dəlillərini izah etmiş və onları iman gətirməyə dəvət etmiş, əks təqdirdə əzabla qarşılaşacaqlarını xəbər vermişdir. Bu barədə ayələrdən bəziləri belədir:
Hz.Muhəmməd (s.ə.v.) onu doğru yoldan döndərməyə çalışan, ona iftiralar ataraq öldürməklə və yurdundan qovmaqla hədələyən qövmünə onların istəyinə uymayacağını belə təbliğ etmişdir:
Qövmünə Allahın yeganə Tanrı olduğunu xatırladan Hz.Muhəmməd (s.ə.v.) eyni zamanda qövmünün Allaha şərik qoşduqlarının heç bir şeyi yarada bilməyəcəyini, kimsəyə zərər yaxud fayda verməyə güclərinin çatmayacağını da müxtəlif şəkillərdə təbliğ etmişdir. Bu barədə olan ayələrdən bəziləri belədir:
Allah hər şeyi bir tale üzərində yaratmışdır. İnsan bütün həyatı boyunca Allahın müəyyən etdiyi bu taleyi yaşayır. Hz.Muhəmməd (s.ə.v.) qövmünə Allahın onlar üçün yazdığından kənar heç bir şeylə qarşılaşmayacağını, bu səbəblə hər an yaşadıqları hadisələrdə Allaha təvəkkül edərək əcir (cavab) qazanmalarını söyləmişdir:
Quranda “qeyb” kəlməsi insan ağlının və elminin dərk etmədiyi, gözə görünməyən hər şeyi ifadə edir. Quranda Allahın varlıqlarından xəbər verdiyi, amma mahiyyətini həqiqi mənada bilmədiyimiz yerlər, varlıqlar, keçmişə aid məlumat və xəbərlər qeyb anlayışına daxildir. Qeyb aləmi haqqında ancaq Allah bilir və Allah ancaq istədiyi insana bu barədə məlumatı verəcəyini bildirmişdir. Hz.Muhəmməd (s.ə.v.) qeybi yalnız Allahın bildiyini bu şəkildə təbliğ etmişdir:
İnsanın yer üzündə yaşaya bilməsi üçün lazım olan hər şərti yaradan Allahdır. Yerin Günəş sistemindəki yeri, həyat üçün lazımlı mühiti təmin edən atmosfer, Yer kürəsinin böyük bir hissəsini əhatə edən və həyat üçün zəruri olan su, Yerin hərəkəti ilə hər səhər günəşin doğması, hər axşam təkrar batması və bunlar kimi bir çox hadisə Allahın izni ilə baş verir.
Hz.Muhəmməd (s.ə.v.) qövmünə Allahdan qorxmaları üçün Onun üstün qüdrətini xatırlatmışdır:
Hz.Muhəmməd (s.ə.v.) axirətə inanmayanlara Allahın dünyadakı yaradılış dəlillərinə baxaraq öyüd almalarının vacibliyini bildirmişdir. Bu qüsursuz yaradılış dəlillərini görən insanların mühüm bir həqiqəti də dərk etməsi lazım gəlir. Bütün bunları yaratmağa qadir olan Allah əlbəttə ki, axirətdə bunların oxşarlarını da yaradacaqdır. Hz.Muhəmməd (s.ə.v.) bu mühüm həqiqəti qövmünə belə bildirmişdir:
Allahın hər cür qüsur və çatışmazlıqdan münəzzəh (xali) və hər şeyin Yaradıcısı olduğunu bildirmişdir.
İnsan çatışmazlıq və zəifliklərə sahib olan aciz bir varlıqdır. O, öz həyatını yalnız Allahın izni ilə davam etdirir. Halbuki hər şeyin Yaradıcısı olan Allah bütün nöqsanlardan uzaq, bütün qüsurlardan münəzzəhdir. O, heç bir şeyə ehtiyacı olmayandır. Hz.Muhəmməd (s.ə.v.) qövmünə bunu təbliğ etmişdir:
Yenə Hz.Muhəmməd (s.ə.v.) qövmünə Allahın şərikinin, bənzərinin və tayının-bərabərinin olmadığını, Onun hər şeyin tək sahibi olduğunu belə bildirmişdir:
Cahil cəmiyyətlərin mühüm xüsusiyyətlərindən biri bu insanların bir çoxunun Allaha iman etməsi, ancaq Onun böyüklüyünü və gücünü qiymətləndirə bilməməsidir. Hz.Muhəmməd (s.ə.v.) onlara “sizi kim yaratdı” deyə soruşanda “Allah” deyə cavab verən, ancaq Onu tanımayan qövmünə hər şeyin Allahın nəzarətində olduğunu və Allaha şərik qoşmalarının onlara heç bir fayda verməyəcəyini bildirmişdir:
Hz.Muhəmməd (s.ə.v.) Allahın varlığını bildikləri halda Onun üstün qüdrətini düşünməyən, buna görə də Onun böyüklüyünü qiymətləndirə bilməyən qövmünə Allahın varlığını və böyüklüyünü qəbul etdirmişdir. Və bundan sonra onları öyüd almağa və qorxub çəkinməyə dəvət etmişdir:
Allah mərhəmətlilərin ən mərhəmətlisidir. Allahın səmimi qulları bir xəta etdikləri zaman bədbinliyə qapılmazlar. Çünki insanlar xəta edərkən kədərlənməməli, dərhal Allaha yönələrək Ondan bağışlanma diləməlidirlər. Allah Hz.Muhəmmədə (s.ə.v.) bu barədə qövmünə belə söyləməsini əmr etmişdir:
İnsanın şərəfli və gözəl bir həyat yaşaya biləcəyi yeganə yol Allahın çağırdığı yoldur. Başqa varlıqların rizasını axtararaq Allaha şərik qoşanlar həm dünyadakı həyatında, həm də ölümdən sonrakı axirət həyatında böyük bir təhqirlə qarşılaşacaqlar. Buna görə də Hz.Muhəmməd (s.ə.v.) qövmünə dünya və axirət nicatını verən əsl yolun Allahın yolu olduğunu təbliğ etmişdir:
Bəzi insanlar gizli bir pislik edərkən bunu heç kimin görmədiyini düşünərək sevinirlər. Lakin Allah göylərdə və yerdə olan hər şeyi bilir. O, insanın hər an etdiyi hər şeyə şahiddir. İnsanlar dünyada etdikləri hər şeyin hesabını hər kəsin toplaşdığı din (qiyamət) günündə Allahın hüzuruna çıxaraq verəcəklər. Hz.Muhəmməd (s.ə.v.) bu mühüm həqiqətə diqqət etmiş, qövmünə Allahın hər şeyi bildiyini, bir şeyi gizləsələr də, açıqlasalar da Allahın bundan onsuz da xəbərdar olduğunu xatırlatmışdır. Bu barədə olan ayələrdən bəziləri belədir:
İnsanın tək dostu və qoruyucusu onu Yaradan Allahdır. Ancaq Allahdan qorxmayan insanlar bunu qəbul etmək istəmirlər. Onlar Allahın varlığına və üstün qüdrətinə əhəmiyyət verməməyə çalışırlar. Ancaq elə anlar vardır ki, insan Allahdan başqa heç bir varlığın ona əsla kömək etməyəcəyi həqiqətini çox yaxşı anlayır.
Hz.Muhəmməd (s.ə.v.) də insanlara bu həqiqəti xatırlatmışdır. Məsələn, insan bir sıxıntıya, bir zərərə uğradığı zaman onun Allahdan başqa çağıracağı heç bir köməkçi yoxdur. İnsan belə bir hadisə ilə qarşılaşarkən Allaha şərik qoşduğu varlıqların ona heç bir faydasının olmayacağını anlayır. O halda insanın hələ fürsət varkən ona xatırladılan bu həqiqət üzərində düşünməsi, Rəbbimizdən başqa heç bir kimsədən kömək görməyəcəyini unutmaması lazımdır. Bu barədə Hz.Muhəmməd (s.ə.v.) qövmünə bu xatırlatmanı etmişdir:
Allah yer üzündə iman edənlərin sayının həmişə az olacağını, ancaq bu azlığın əbədi olaraq cənnətə qovuşacağını bildirmişdir. Buna görə də iman bir insana həyatında verilən ən böyük lütflərdən (nemətlərdən) biridir. Ancaq Peyğəmbərimizin (s.ə.v.) dövründə bəzi insanlar iman etdikdən sonra sanki Hz.Muhəmmədə (s.ə.v.) bir yaxşılıq edibmişlər kimi ona minnət qoymağa başlamışlar. Son dərəcə yanlış olan bu məntiqi açıqlamaq üçün Hz.Muhəmməd (s.ə.v.) öz qövmünə belə xatırlatma etmişdir:
Hz.Muhəmmədə (s.ə.v.) tabe olmaq istəməyən inkarçılar Quranı inkar etmək üçün bir çox bəhanələr irəli sürmüşdülər. Bu iddialardan ən böyüyü Quranın Hz.Muhəmməd (s.ə.v.) tərəfindən yazılması iddiasıdır. Halbuki Quranın içində onun insan yazısı olmadığını təsdiq edən saysız möcüzələr vardır. Hz.Muhəmməd (s.ə.v.) qövmünə bu həqiqəti xatırlatmış və Quranı Allahın göndərdiyini bildirmişdir. Bu barədə olan ayələrdən bəziləri belədir:
Quran Allahın öz qullarından (bəndələrindən) istədiklərini, onların yaradılış məqsədini, dünyada və axirətdə necə davranmalarının lazım gəldiyini və insanın öyrənməli olduğu daha bir çox şeyi bildirən bir kitabdır. Hz.Muhəmməd (s.ə.v.) öz qövmünə Allahın kəlamı olan Quran barədə belə söyləmişdir:
Quranın insan tərəfindən yazıldığını iddia edənlər onun sahib olduğu möcüzələrdən, Allahın özündə sonsuz hikməti ehtiva edən sözlərindən xəbərsizdirlər. Halbuki Quran insanın, hətta bütün insanların və cinlərin də birlikdə yaza bilməyəcəkləri bir kitabdır. Və Hz.Muhəmməd (s.ə.v.) bu barədə qövmünə belə bildirmişdir:
Bu mövzudakı bir ayə belədir:
Yenə Hz.Muhəmməd (s.ə.v.) Quranın insanı hidayətə yönəltdiyini bu şəkildə təbliğ etmişdir:
İnsanın Allaha yaxınlığının artmasına səbəb olan ən mühüm ibadətlərdən biri duadır. İnsan istədiyi hər şey üçün Allaha dua etməlidir. Və Allah qullarının bütün dualarına əvəz verəcəyini xəbər vermişdir. Buna görə də Allahdan bağışlanmağı uman, dünyada səmimi bir mömin kimi yaşamaq, axirətdə də əbədi bir qurtuluş yurdu olan cənnəti qazanmaq istəyən hər mömin dua ibadətini yerinə yetirir, Quranda əmr edildiyi kimi, Allaha tez-tez dua edir. Hz.Muhəmməd (s.ə.v.) duanın Allah dərgahındakı qiymətini müsəlmanlara belə təbliğ etmişdir:
Dini yaşamaq istəyən bir çox insan yaxın ətrafından etdiyi ibadətlər üçün “bunları etməyə ehtiyac yoxdur, mən sənin günahlarını öz üzərimə götürürəm” kimi sözlər eşidir. Lakin hesab günündə hər kəs Allahın qarşısında dayanıb təkbaşına hesab verəcək. O gün hər kəs yalnız öz əməlinə görə məsuliyyət daşıyacaq. Heç kimdən başqalarının günahları soruşulmayacaq, heç kim də heç kimin günahını öz üzərinə götürməyəcək. Hz.Muhəmməd (s.ə.v.) bu məsələni belə təbliğ etmişdir:
Allahın Hz.Muhəmmədin (s.ə.v.) qövmünü sınadığı imtahanlardan biri müharibə olmuşdur. Bu insanların bir qismi savaşa çıxmaq lazım olanda insanların onlara bir zərər verməsindən qorxmuş və arxada qalmaq istəmişlər. Əlbəttə, bunun altında ölüm qorxusu və dünya sevgisi var. Halbuki dünya həyatı çox qısadır. İnsan müharibədə və ya başqa bir yerdə mütləq Allahın onun üçün müəyyən etdiyi vaxtda öləcək. Bu səbəblə ölməkdən və ya başqa bir şeydən qorxaraq Allahın rizasını qulaqardına vurmaq insanın axirəti üçün çox böyük bir itkidir. Bu səbəblə Hz.Muhəmməd (s.ə.v.) öz qövmünə dünya həyatının faydasının az olduğunu təbliğ edərək əsl yurdları olan axirət üçün çalışmalarını əmr etmişdir:
Eyni şey Allahın əmri olan hər bir məsələyə də aiddir. Allahın bəyəndiyi əxlaqı insanlara izah etmək, müsəlmanlara fayda vermək, dinə xidmət etmək bəzən insanın nəfsinə bəlkə də zidd ola bilər. Müsəlmanın yerində fədakarlıq etməsi lazım ola bilər. Amma Allahın rizasını qazanmaq məqsədilə yaşayan həqiqi bir mömin üçün belə anlar böyük bir fürsətdir. Çünki çox qısa olan dünya həyatında şeytanın itki kimi göstərməyə çalışdığı fədakarlıq axirətdə insana böyük bir fayda gətirəcəkdir.
Dünya Allahın insanları imtahan etdiyi bir yerdir və Allah insanın sahib olduğu hər şeyi insana onu sınamaq üçün vermişdir. İnsanın bu həqiqəti bilərək şükr etməsi və sahib olduğu şeylərlə yalnız Allahın rizasını qazanmağa çalışması lazımdır. Halbuki bir çox insanlar sahib olduqlarını Allaha şərik qoşur. Hz.Muhəmməd (s.ə.v.) bu insanlara Allahın əzabı barədə xəbərdarlıq etmişdir:
Tarix boyu inkarçılar iman edənlərə qarşı nəticəsi olmayan bir mübarizə aparmışlar. Bu mübarizə iman edənlərin Allaha olan imanını və Allah dərgahındakı dərəcəsini artırdığı halda inkarçılar üçün böyük bir itkiyə çevrilmişdir. Allah heç bir inkarçı cəmiyyətin möminlərə zərər verməsinə izn verməmişdir. Əgər inkarçılar bir uğur qazanmış kimi görünsə də Allah bunu mütləq möminlərin xeyirinə çevirmişdir. Allahın bir çox ayədə də bildirdiyi kimi, hər zaman üstün gələnlər “Maidə” surəsində bildirilən “Allahın tərəfdarları”dır. Bu, inkarçıların dünyada qarşılaşacağı bir məğlubiyyətdir. Axirətdə isə bu insanlar etdiklərinin əvəzini içində əbədi qalacaqları cəhənnəmin əzabı ilə alacaqlar. Allah Hz.Muhəmmədə (s.ə.v.) inkarçılara belə deməsini əmr etmişdir:
Daha öncə bəhs edilən peyğəmbərlərin həyatından da göründüyü kimi, tarix boyu Allahın elçisinə müqavimət göstərmiş bütün qövmlər tövbə edib səhvlərini düzəltmədikləri təqdirdə böyük bir əzabla qarşılaşmışlar. Əlbəttə, digərlərinin bundan düşünüb öyüd alması və onların başına gələnin öz başlarına da gəlməməsi üçün qorxub çəkinməsi lazımdır. Bu səbəblə Hz.Muhəmməd (s.ə.v.) öz qövmünü keçmiş qövmlərin başına gələnləri düşünməyə və bundan öyüd almağa dəvət etmişdir:
Axirətə inanmayan insanların ən böyük qorxularından biri ölüm qorxusudur. Bu insanlar ölümü özlərindən uzaqlaşdırmaq üçün hər şeydən istifadə edirlər. Halbuki hər insan üçün Allah dərgahında müəyyən olunmuş bir ölüm vaxtı vardır və o an gəldiyi zaman insan bunu heç cürə təxirə sala bilməz. Bu səbəblə Hz.Muhəmməd (s.ə.v.) qövmünə nə qədər çalışırsa çalışsın, harada olursa olsun, mütləq öləcəklərini xatırlatmışdır:
Cahil cəmiyyətlərdə bir çox insan ölümlə hər şeyin bitəcəyini zənn edir. Halbuki ölüm insanın həqiqi həyatının başlandığı andır. Zənn edilənlərin əksinə olaraq bir son deyil, bir başlanğıcdır. İnsanlar öləndən sonra Allahın qarşısında hesab verəcək və bu hesab anından sonra əbədi qalacaqları məkana gedəcəklər. Hz.Muhəmməd (s.ə.v.) qövmünə bu həqiqəti belə xatırlatmışdır:
İnsanları düşündürən məsələlərdən biri də qiyamət saatının nə zaman gələcəyi ilə bağlıdır. Lakin Allah qiyamət saatını Özündən başqa heç kimin bilmədiyini bildirmiş və Hz.Muhəmmədə (s.ə.v.) bu mövzuda verilən suallara belə cavab verməsini əmr etmişdir:
Əsl həyatın dünyada yaşadıqları həyat olduğunu düşünən inkarçılar Hz.Muhəmmədə (s.ə.v.) təkrar diriləcəklərinə inanmadıqlarını söyləmişdilər. Bu səbəbdən Allah Hz.Muhəmmədə (s.ə.v.) onlara bu şəkildə cavab verməsini əmr etmişdir:
İnkarçılar özlərindən başqa bir varlığa boyun əymək qürurlarına ağır gəldiyi üçün Allahın varlığını inkar edər və peyğəmbərə tabe olmazlar. Halbuki onlar qiyamət günündə diriləcək, Allahın böyüklüyünü, gücünü və onlara verəcəyi əzabı görəcəklər. Bu səbəblə Allah Hz.Muhəmmədə (s.ə.v.) “təkrar diriləcəyikmi” deyə soruşan inkarçılara bu şəkildə cavab verməyi buyurmuşdur:
İnkarçılar Quran əxlaqının onlara təbliğ edilməsinə görə son dərəcə böyük bir kin və qəzəb hiss etmişlər. Quranda bu insanların içlərində iman edənlərə qarşı nə qədər böyük bir kin bəslədikləri xəbər verilir. Allah Hz.Muhəmmədə (s.ə.v.) bu insanlara belə söyləməsini əmr etmişdir:
Ayədən də göründüyü kimi, Hz.Muhəmməd (s.ə.v.) inkarçıların bu kinin müqabilində heç bir nəticə ala bilməyəcəklərini, əksinə, əbədi bir əzabla üzləşəcəklərini bildirmişdir. Bundan başqa, Allaha və Peyğəmbərinə (s.ə.v.) qarşı çıxanların cəhənnəmdə əbədi qalacaqlarını da başqa bir ayədə belə xəbər vermişdir:
Qövmün inkarçıları bir müddət cəhənnəmdə qalsalar belə sonra cənnətə gedəcəklərini iddia etmişdilər. Hz.Muhəmməd (s.ə.v.) isə cəhənnəmə layiq olan inkarçıların orada əbədi qalacaqlarını belə təbliğ etmişdir:
1956-cı ildə Ankarada anadan olan Adnan Oktar, Harun Yəhya təxəllüsü ilə kitablarını yazmaqdadır. Həyatını tamamilə Uca Allahın varlığını və birliyini insanlara izah etməyə, Quran əxlaqını yaymağa, materialist və ateist ideologiyaları fikirlə məğlub etməyə, həqiqi Atatürkçülüyü yayıb Dövlətin davamlılığını və millətin bütünlüyünü müdafiə etməyə həsr etmiş dünya səviyyəsində tanınan bir fikir adamıdır. Universitet illərindən başlayaraq, həyatının hər dövründə, bu müqəddəs məqsədə xidmət etmiş və heç bir zaman çətinliklər qarşısında qorxmamışdır. Bu gün belə böyük bir səbir və dayanıqlılıq göstərərək, materialist, Darvinist və bölücü mərkəzlərdən gələn bütün təzyiqlərə qarşı fikri mübarizəsini davam etdirməkdədir.
Seyid olan Hörmətli Adnan Oktarın ailə böyükləri Hülagü fitnəsi əsnasında Qafqaza köçmüş, daha sonra Osmanlı-Rus Döyüşləri və Rus-Qafqaz döyüşləri əsnasında Osmanlıya sığınıb, Ankara Balaya yerləşmişlər.
Copyright © 2014 Design Studio 313 - Bu sayt hörmətli Adnan Oktarın əsərlərindən istifadə edilərək hazırlanılmışdır.