Allahın kitab verdiyi peyğəmbərlərdən biri də Hz.Davuddur. Hz.Davud həyatının hər anında, qarşılaşdığı bütün hadisələrdə Allahı zikr edən, Ondan istəyən, kömək diləyən, bir ayədə bildirildiyi kimi, “hər rəftar və davranışında Allaha yönələn” bir peyğəmbər idi. Hz.Davud Allahın mülk, hikmət və natiqlik məharəti verərək insanların çoxundan üstün etdiyi bir qul idi.
Allah Quranda Hz.Davuda həm maddi, həm də mənəvi cəhətdən böyük bir güc verdiyini bildirmişdir. Belə ki, Hz.Davudla birlikdə zikr etmələri üçün dağları və daşları ona boyun əydirmişdir (“Ənbiya” surəsi, 79). Bunlardan aydın olur ki, Hz.Davud çox az insanın sahib ola biləcəyi elmlərə sahib idi.
Allah bir çox cəhətdən üstünlük verdiyi Hz.Davudu yer üzərində bir xəlifə etdiyini bir ayədə belə bildirmişdir:
Allahın güc və bəsirət verdiyi Hz.Davud bütün peyğəmbərlər kimi qövmünü Allaha iman gətirməyə dəvət etmişdir. Allah Hz.Davudun ədalətini, həqiqəti əsas tutaraq hökm etməsini möminlərə nümunə göstərmişdir. Hz.Davudun aralarından hökm etməyə cəhd edən iki iddiaçı haqqındakı ədalətli hərəkəti möminlərə bir nümunədir:
Hz.Davudun yanına gələn bu iddiaçılara cavabı belə olmuşdur:
Hz.Davud da digər peyğəmbərlər kimi insanları Allahın əmri ilə yaşamağa çağırmışdır. Yuxarıdakı ayə bunun bir nümunəsidir. Hz.Davud yanına gələn iddiaçılara bir-birinin haqqına təcavüz etməməyi tövsiyə etdikdən sonra onlara bunun ancaq həqiqətən iman gətirən qullarının yaşadığı bir əxlaq olduğunu xatırlatmışdır.
Eyni ayənin davamında hər davranışında Allaha yönələn Hz.Davudun burada verdiyi qərardan sonra da Allaha yönəldiyi bu şəkildə bildirilmişdir:
Allahın onu hər hadisədə sınadığını, etdiyi hər işdə Onun rizasını qazanmaq lazım olduğunu bilən və üstün əxlaq sahibi olan Hz.Davudun bu davranışı möminlər üçün gözəl bir örnəkdir. İman gətirən hər insan Quranda göstərilmiş bu nümunəvi davranışdan ibrət almalı, etdiyi hər şeyə Allahın şahid olduğunu, hesab günü isə bütün əməllərinə görə sorğuya çəkiləcəyini unutmamalıdır.
“Biz Davuda və Süleymana elm verdik. Onlar dedilər: “Bizi Öz mömin bəndələrinin çoxundan üstün tutan Allaha həmd olsun!”” (“Nəml” surəsi, 15).