Hz.İbrahim Allahın “dost etdiyi” bir peyğəmbərdir. Allah-Təala bir çox ayədə Hz.İbrahimin üstün əxlaqından bəhs edir. Möminlərə gözəl əxlaqı ilə nümunə olan Hz.İbrahim Allaha ürəkdən yönələn, yumşaq xasiyyətli, Allaha qarşı həssas, cəsur, sözündə doğru bir insandır. Allah bir ayədə Hz.İbrahimin əxlaqını belə tərif edir:
Allahın üstün əxlaqı ilə bəhs etdiyi Hz.İbrahim özlərinin düzəltdiyi bütlərə tapınan və tapınma məsələsində son dərəcə qərarlı və inadkar olan bir qövmə göndərilmişdi. Və onun vəzifəsi qövmünü yalnız Allaha qulluq etməyə çağırmaq idi. Amma qövmünün insanları haqq dinin onların dünyəvi mənfəətləri ilə zidd olduğunu düşündüyü üçün onu qəbul etmək istəməmiş, Hz.İbrahimə bir tələ quraraq onu öldürməyə çalışmışdılar. Ancaq Allah Hz.İbrahimə qurulan tələni pozmuş, onu zalım qövmünün əlindən xilas etmişdi:
Bu qissədən də gördüyümüz kimi, Allah Hz.İbrahimin səmimiyyətinin əvəzində qövmünün ona zülm etməsinə mane olmuşdur. Bundan sonra ona tələ qurmaq istəyən qövmünə əzab vermiş, onları süquta uğratmışdır. Hz.İbrahimi və yanındakı möminləri daha yaxşı bir yerə yerləşdirərək onlara bolluq, müxtəlif nemətlər vermiş, üzərlərindəki rəhmətini göstərmişdir.
Hz.İbrahim müşrik bir qövmün içində yaşasa da özü Allahın bir və tək Tanrı olduğunu vicdanla düşünərək dərk etmişdi. Və yalnız Allaha iman etmiş və Ona yönəlmişdi. Quranda Hz.İbrahimin Allaha qəti şəkildə iman etməsinin necə baş verdiyini bildirən ayələr bu şəkildədir:
Əlbəttə, Hz.İbrahimlə bağlı olan bu qissədə möminlər üçün əhəmiyyət kəsb edən bir dərs var. Bir insanın Allahın varlığını qavraması son dərəcə asandır. İnsanın gözünün gördüyü hər yerdə yaradılışın saysız dəlili var. Vicdanlı bir insan heç bir şey bilməsə də, ona heç bir şey izah edilməsə də bir neçə dəqiqəlik səmimi bir düşüncə ilə düşünsə, kainatın bir Yaradıcısının olduğunu asanlıqla görə bilər. Və Allahın gücünü, böyüklüyünü, hər şeyə hakim olduğunu anlaya bilər. Elə bu səbəbdən vicdanla düşünən Hz.İbrahim ona bəlkə də heç izah edilmədiyi halda səmimi bir düşüncə nəticəsində Allahın varlığını və ucalığını görmüşdür. Və qövmünə onların şirk qoşduğu saxta tanrılardan qopub ayrıldığını belə xəbər vermişdir:
Daha irəlidəki fəsillərdə də görəcəyimiz kimi, peyğəmbərlər göndərildikləri qövmü Allahın yoluna salmaq üçün hər yolu sınaqdan keçirirlər. Qövmlərinə çox müxtəlif örnəklərlə təbliğ edən peyğəmbərlər eyni mövzunu bir-birindən fərqli nümunələrlə başa salır, Allahın bəyəndiyi əxlaqı müfəssəl şəkildə izah edir, insanları haqsız davranışlardan uzaqlaşdırır, bu davranışların çirkinliyini və buna görə məruz qalacaqları itkini bildirir, hər yoldan istifadə edərək bu insanlara doğrunu göstərməyə və onların vicdanını oyatmağa çalışırlar.
Hz.İbrahim də öncə qövmünü doğru yola çağırmış və onlara bütlərdən əl çəkməyin və Allaha yönəlməyin vacibliyini söyləmişdir. Quranın bir çox ayəsində Hz.İbrahimin atasına və qövmünə bu barədə etdiyi təbliğ bildirilir. Hz.İbrahim bütlərə tapınan bu insanları bir olan Allaha qulluq etməyə, Ondan qorxub çəkinməyə belə dəvət etmişdir:
Ayələrdən də göründüyü kimi, Hz.İbrahim inkarçı qövmünə Allahın gücünü, üstünlüyünü müxtəlif nümunələrlə bildirmişdir. Onların bu həqiqəti qavraya bilməsi üçün müqayisələr aparmış, onlara hər şeyi verənin Allah olduğunu xatırlatmış, onları Allahın hüzuruna qaytarılacaqları barədə xəbərdar etmişdi. Hz.İbrahim bütün qövmü kimi yaxınlarını da bu barədə xəbərdar etmişdi. Atası Azərə yanlışlıq içində olduğunu belə bildirmişdir:
İnsanın ən böyük düşməni şeytandır. Allah ilk insan olan Hz.Adəmi yaradanda şeytana Hz.Adəmə səcdə etməyi əmr etmişdir. Ancaq şeytan təkəbbür göstərərək Allahın əmrinə qarşı çıxmışdır. Bunun əvəzində Allah şeytanı lənətləmiş və cənnətdən qovmuşdur. Şeytan cənnətdən qovulduqdan sonra insanları doğru yoldan azdırmaq məqsədilə qiyamətə qədər Allahın ona izn verməsini istəmişdir. Şeytanın məqsədi özünün cənnətdən qovulmasına səbəb kimi gördüyü insanları Allahın razı olacağı haqq yoldan uzaqlaşdırmaq və beləcə onların da cəhənnəmə getməsinə səbəb olmaqdır.
Bu səbəblə şeytan Hz.Adəmdən bəri yaradılmış bütün insanlara cürbəcür oyunlarla yaxınlaşaraq onları azdırmağa çalışır. Şeytanın yalnız Allaha qətiyyətlə iman gətirən və təvəkkül edən insanlara təsiri olmaz, belə ki, Allah Quranda bu insanların sayının az olacağını bildirmişdir. Elə bu səbəblə Hz.İbrahim Allahın yolundan uzaqlaşan atasına və qövmünə şeytana uymamaq və ona tabe olmaq barədə xəbərdarlıq etmiş və belə demişdir:
Müşrik cəmiyyətlərin ən qabarıq xüsusiyyətlərindən biri onların Allahdan başqa digər varlıqlara Allahdan daha çox inanması və bu varlıqlardan daha çox qorxmasıdır. Bu insanların inandığı varlıqlar yalnız taxtadan və daşdan düzəldilən heykəllərlə bitmir.
Bir insanın başqa bir insanı Allahdan çox sevməsi, Allahdan çox ona qiymət verməsi, Allahın rizası yerinə onun razılığını üstün tutması və ya Allahdan çox o insandan qorxması da bir müşrik xüsusiyyətidir. Həmçinin Hz.İbrahimin qövmündə də bir çox varlıqları Allahdan çox sevən, onlara Allahdan da çox dəyər verən insanlar vardı. Halbuki qiyamət günü bu insanlar Allahdan başqa bir gücün olmadığını anlayacaq, Allahdan daha çox dəyər verdikləri varlıqların isə əslində heç dəyər verilməyə layiq olmadığını, onların da Allahın gücü qarşısında aciz qullar olduqlarını görəcəkdir. Bu səbəblə Hz.İbrahim öz qövmünə Allahdan başqa digər varlıqları ilahiləşdirməyin yolverilməzliyini, əks halda bu tanrılarla qiyamət günü lənətlənib cəhənnəmə atılacaqlarını xatırlatmışdır:
Hz.İbrahim qövmünə Allahın varlığını və böyüklüyünü dərk etməsi üçün müxtəlif nümunələr vermişdir. Məsələn, yalnız zəngin olduğu üçün təkəbbür göstərən və ona sahib olduqlarını verənin Allah olduğunu unudan bir nəfər Hz.İbrahimlə Allah barədə mübahisə etmişdir. Hz.İbrahim bu adama həm öz acizliyini, həm də Allahın gücünü izah etmək üçün belə bir cavab vermişdir:
Göründüyü kimi, Hz.İbrahimin bu hikmətli və ağıllı izahatı qarşısında inkarçı adamın deməyə bir sözü qalmamışdır. Möminlər də Hz.İbrahimdən nümunə götürməli və dini təbliğ edərkən hər zaman Allahın böyüklüyünü, sonsuz qüdrətini vurğulamalı, inkarçıların məntiqsizliyini onlara izah etməlidir.
Hz.İbrahimin ixlaslı və səmimi təbliğinə baxmayaraq onun bütlərinə ibadət etməkdə israrla davam edən qövmü həm onu doğru yoldan ayırmaq, həm də onlara etdiyi təbliğə mane olmaq üçün Hz.İbrahimlə mübahisə etmişdi. O zaman Hz.İbrahim qövmünə yalnız Allahdan qorxduğunu, əsl təhlükəsizliyin və qurtuluşun Allaha təslim olmaqda olduğunu təbliğ etmişdir:
Yer üzərində olan hər şeyin sahibi Allahdır. Allahın izni olmadan bir kimsə kiməsə nə bir yaxşılıq edə, nə də bir zərər verə bilər. İnsanın kömək umaraq istinad edib güvəndiyi güclər ancaq Allah icarə verərsə, bir yarar gətirə bilər. Həqiqi bir qurtuluş və təhlükəsizlik üçün insanın özünü Allaha təslim etməsi lazımdır. Allah Quranda ona yönələn qullarını qoruyacağını bildirir. Elə buna görə də Hz.İbrahim kimi bütün möminlərin də Allaha iman gətirən insanların təhlükəsizlik içində olacağını bilməsi və insanlara da bu həqiqəti izah etməsi vacibdir.
Hər cür təbliğata baxmayaraq atası Hz.İbrahimə qarşı çıxmış və onunla düşmən kimi rəftar edərək belə demişdir:
Ancaq təmkinini heç vaxt pozmayan Hz.İbrahim atasının hədələyici rəftarına qarşı son dərəcə hörmətlə və ağıllı bir cavab vermişdir. Hz.İbrahimin cavabı belədir:
Hz.İbrahim qövmünə onun sitayiş etdiyi tanrılarını müstəqil bir güclərinin ola bilməyəcəyini, tək Tanrının Allah olduğunu başa salmaq üçün ona bütlər barədə müxtəlif suallar vermişdir. Bu təbliğ üsulu inanmayanların sisteminin çürüklüyünə özlərinin də şahid olması baxımından çox əhəmiyyətlidir. Bunun sayəsində Hz.İbrahim öz sistemlərinin nə qədər xarab olduğunu qövmünün üzvlərinin şəxsən özlərinə şifahi olaraq qəbul etdirmişdi. Hz.İbrahimin öz qövmü ilə olan söhbətlərindən biri belədir:
Allah Quranda hər insanın etdiyi səhvi bildiyini, yəni hər nəfsin bəhanə gətirərək düşünmək istəməsə belə əslində ona aydın olduğunu, onun üçün əsl doğrunun və ya yalanın nə olduğunu bildiyini söyləmişdir. Allahdan başqa varlıqlara inanan, onlardan kömək və yardım uman bir insan da əslində vicdanı ilə düşünsə, onların bir fayda verməyəcəyini o an anlayar. Allaha şərik qoşduğu varlıqların dua etdiyi zaman onu eşitmədiyini, ona bir zərər və ya fayda vermək imkanına malik olmadığını o an dərk edər. Ancaq müxtəlif subyektiv səbəblərlə yenə də bu həqiqətləri düşünməyə istəməyə bilər. Lakin bu, çox aydın olan bir həqiqətdir.
Hz.İbrahim isə öz sualları ilə qövmünün insanlarının sitayiş etdiyi varlıqlar üzərində düşünmələrinə və nə dərəcədə səhv bir yolda olduqlarını başa salmağa çalışmışdır.
Yenə Hz.İbrahim qövmünə sitayiş etdiyi bütlərdən əl çəkmək barədə xəbərdarlıq etmiş, onlara bütlərin əslində müstəqil gücləri olmayan “rəmzi bir heykəl” və “özlərinin düzəltdiyi saxta tanrılar” olduğunu xatırlatmışdır. Hz.İbrahimin qövmünə sitayiş etdiyi saxta tanrılarından əl çəkərək həqiqi Tanrı olan Allaha yönəlməsinin vacibliyini bildirən ayələrdən bəziləri belədir:
Yuxarıdakı ayələrdən də göründüyü kimi, bir çox inkarçı qövmlər kimi Hz.İbrahimin qövmü də əslində doğru olduğunu düşündükləri üçün deyil, ata-babalarından bu cür gördükləri üçün bütlərə sitayiş edirdilər. Yəni bu batil sistem keçmişdə yaşayan insanlardan onlara qalan pis bir miras idi. Hz.İbrahim də onlara davam etdikləri bu sistemin son dərəcə yanlış və özlərinə zərər verən bir sistem olduğunu bütün təfərrüatı ilə izah etmişdi. Və onlara sitayiş etdikləri bütlərin heç bir gücünün olmadığını xatırlatmış, hər şeyin Allahın nəzarətində olduğunu təbliğ etmişdi. Hz.İbrahimin yuxarıdakı ayələrdə bildirilən söhbətinin ardı belədir:
Hər cür çağırışına baxmayaraq qövmü bütlərə sitayiş məsələsində inadkarlıq etdiyi halda Hz.İbrahim onları düşünməyə məcbur edəcək və beləliklə də vicdanlarını oyadacaq yeni səylərini həyata keçirmişdir. Bunun üçün qövmünün bütlərin yanından uzaqlaşmasını gözləmiş və onlar gedəndən sonra bütün bütləri sındırıb dağıtmışdı. Ancaq bunu edərkən qövmünün insanlarının nə dərəcədə böyük bir ağılsızlıq etdiklərini onların özünə göstərmək üçün ən böyük bütü sındırmamışdır. Qövmü “Tanrılarımızı sənmi bu günə saldın?” (“Ənbiya” surəsi, 62) deyə soruşduğu zaman isə onlara belə cavab vermişdir:
Hz.İbrahimin qövmünü başa salmaq üçün istifadə etdiyi taktikadan sonra qövmünün insanları vicdanları ilə düşünüb böyük bir xəta içində olduqlarını anlamışdılar. Ancaq vicdanlarının qəbul etdiyi həqiqət mənfəətləri, adət-ənənələri və ictimai quruluşları ilə ziddiyyət təşkil etdiyi üçün bu insanlar açıq-aydın gördükləri həqiqəti inkar etmişdilər. Bu barədəki ayələr belədir:
Hz.İbrahim qövmü ilə təkbaşına apardığı cəsur və ağıllı mübarizə ilə möminlər üçün gözəl bir örnək olmuşdur. Qövmü tərəfindən o da atılmaqla hədələndiyi, ona müxtəlif tələlər qurulduğu belə bir çətin anda da Allaha olan təvəkkül və təslimiyyətində nöqsanlara yol verməyən Hz.İbrahimin qövmünə verdiyi cavab belə olmuşdur:
Hz.İbrahimin bu sözləri bütün möminlərə mühüm bir həqiqəti xatırladır. Bütün insanları yaradan Allahdır. Və bütün insanlar Onun təsbit etdiyi bir zamanda ölüb yenə Allaha qayıdacaqlar. “Şübhəsiz, mən Rəbbimə gedəcəyəm” deyən Hz.İbrahim də bu sözü ilə ölümün Allaha dönüş olduğunu bütün qövmünə xatırlatmışdır. O halda müsəlmanlar da qarşılaşdıqları hər hadisədə Allaha olan sarsılmaz inamlarını dilə gətirməli və insanları da buna dəvət etməlidirlər.
Hz.İbrahim həm öz qövmünə, həm də özündən sonra gələn qövmlərə üstün əxlaqı ilə örnək olmuşdur. Allah iman gətirənlər üçün Ona “səmimi bir qəlblə təslim olan” Hz.İbrahimdə və onunla birlikdə olan möminlərdə bir çox gözəl örnəklər olduğunu bildirmişdir: