Quranda Hz. Musadan bir çox ayədə bəhs edilir. Onun qarşılaşdığı hadisələr, qövmünə etdiyi təbliğ, sahib olduğu üstün əxlaq, Allaha olan iman və təslimiyyəti, səmimiyyəti bir çox ayədə möminlərə bildirilmişdir. Hz.Musa ilə bağlı ayələri oxuyan möminlərin vəzifəsi də Allahın bir çox cəhətdən üstün etdiyi bu rəsulundan nümunə götürmək, onun öz dövründə ətrafındakı insanlara tövsiyə etdiklərini həyata keçirməyə çalışmaqdır.
Hz.Musa ilk olaraq Allahın əmri ilə qövmünün başında olan Firona təbliğ etmişdir. Firon o dövrdə özünün tanrı olduğunu elan etmiş son dərəcə azğın bir insan idi. Və xalqı da sahib olduğu gücə görə ona bütövlükdə boyun əymiş vəziyyətdə idi. Allah Hz.Musaya Fironun yanına gedib onu haqq yola cağırmasını və belə söyləməsini bildirmişdir:
Başqa bir ayədə Allah Hz.Musaya verdiyi əmri belə bildirmişdir:
Allahın vəhyi ilə Hz.Musa qardaşı Hz.Harunla Fironun yanına getmiş, Allahın əmr etdiklərini Firona təbliğ etmiş və belə demişdir:
Hz.Musa Allahın əmri ilə Fironun yanına getdiyi zaman aralarında belə bir söhbət olmuşdur:
Yuxarıdakı ayələrdən də göründüyü kimi, Hz.Musa Allahın varlığını bildirdiyi müddətdə ona verilən suallara son dərəcə hikmətli cavablar vermişdir. Öncə hər şeyin Yaradıcısının Allah olduğunu söyləyərək, sonra da Allahın üstün sifətlərini bildirərək qarşısındakı adama Allahın varlığını və böyüklüyünü təbliğ etmişdir.
Hz.Musa Firona qarşı Allahın sonsuz gücünü belə təbliğ etmişdir:
Hz.Musanın onu haqq dininə dəvət etməsi, Allahın tək Tanrı olduğunu bildirməsi üzündən Firon bütün inkarçılar kimi zorakılığıa əl atmağa başlamışdır. Firon Hz.Musanı hədələyərək ondan başqa tanrı qəbul edəcəyi halda onu həbs edəcəyini söyləmişdir. Bu barədə Hz.Musa ilə Firon arasında keçən söhbətlər bu şəkildədir:
Hz.Musanın göstərdiyi möcüzəyə qarşı Firon yenə də inadkarlıqla inkar etmiş və onu bu dəfə falçılıqda günahlandırmışdır. Sonra da falçıları çağırıb əgər Hz.Musaya üstün gələrlərsə, onları mükafatlandıracağını vəd etmişdir. Təyin olunan vaxtda Hz.Musa ilə falçılar qarşı-qarşıya gəlmişdilər. Hz.Musa ilk öncə falçılarla danışmış və onlara əməlləri üzündən Allahın əzabı ilə qarşılaşacaqları barədə xəbərdarlıq etmişdir:
Digər peyğəmbərlərin həyatından da göründüyü kimi, Allah iman edən insanları hər zaman qoruyacağını, inkarçıların onlara heç bir zaman zərər verə bilməyəcəyini müjdələmişdir. Sehrbazlarla görüş zamanı gələndə Hz.Musa Allahı inkar edənlərin möminlərə qarşı etdiklərinin sonunculara zərər verməyəcəyini belə bildirmişdir:
Buna baxmayaraq, sehrbazlar əməllərində inadkarlıq edərək Hz.Musaya qarşı mübarizə aparmış və əllərindən gələni əsirgəməmişdilər. Bu barədə olan ayələr belədir:
Bunun üzərinə Allah Hz.Musaya belə vəhy etmişdir:
Həqiqətən də Hz.Musa əsasını buraxanda Allahın vədi həyata keçmişdir:
Əlbəttə, mövcud nizam-intizamın pozulması Fironun öz maraqlarına zidd olduğu üçün onun xoşuna gəlməmişdir. Şəxsi mənfəətlərini itirməmək üçün Hz.Musanı öldürmək istəmiş və “Buraxın məni Musanı öldürüm, qoy o da Rəbbini çağırsın. Doğrusu, mən onun sizin dininizi dəyişdirəcəyindən və yer üzündə fitnə-fəsad törədəcəyindən qorxuram” (“Mumin” surəsi, 26) demişdir.
Fironun onu ölümlə hədələməsinə qarşı Hz.Musa digər peyğəmbərlərdə də gördüyümüz kimi, qəti qərarlılıq göstərmiş və belə cavab vermişdir:
Firon və ətrafındakılar Allahın Hz.Musaya verdiyi möcüzələri bir sehr kimi qəbul etmişdilər. Hz.Musa ona sehrbaz iftirası atan və “biz keçmiş əcdadlarımızdan bunu eşitmədik” deyən bu kəslərə “...Rəbbim Öz dərgahından kimin hidayətlə gəldiyini və axirət yurdunun kimə nəsib olacağını daha yaxşı bilir. Həqiqətən, zalimlər nicat tapmazlar!” (“Qəsəs” surəsi, 37) deyərək cavab vermişdir.
Allah Quranda vicdanları qəbul etdiyi halda qürur və təkəbbürləri üzündən Allahın ayələrini görməməzliyə vuran insanların varlığını bildirmişdir. Firon da bu insanların ən azğınlarından biridir. Hz.Musa ona açıq-aydın dəlillər gətirdiyi halda o, bunları görməzliyə vurmuşdur.
Hətta Fironun tərəfdarları başlarına fəlakət gələn zaman Hz.Musadan özləri üçün Allaha dua etməsini istəmiş və istəkləri həyata keçərsə, iman gətirəcəklərini söyləmişdilər (“Əraf” surəsi, 130-135).
Hz.Musa boş bir qürur və təkəbbür nəticəsində həqiqətləri qulaqardına vuran Fironu əzaba qarşı belə xəbərdar etmişdir:
Hz.Musa Fironun iftira və hücumlarına qarşı möminlərə səbrli olmağın vacibliyini söyləmiş və Allahın iman edənləri inkarçılar qarşısında mütləq uğura çatdıracağını müjdələmişdir:
Yenə başqa bir ayədə Hz.Musanın öz qövmünə təvəkküllü olmalarını tövsiyə etdiyi belə bildirilmişdir:
Hz.Musanın tövsiyə etdiyi şəkildə bir çətinliklə qarşılaşdığı zaman səbrli və təvəkküllü davranmaq, bu etibarlı ruh halı sayəsində ağıllı qərarlar qəbul etmək, mülayim davranışlar göstərmək möminlərə həmişə uğur qazandırır.
Hz.Musa ona tabe olan möminlərlə birlikdə Allahın əmri ilə Fironun qövmündən ayrılmışdır. Firon da ordusu ilə birlikdə onları izləmişdir. Dəniz kənarına gəldikləri zaman Hz.Musanın yanındakılar qaçacaq yerləri olmadığını düşünmüş və buna görə “...artıq yaxalandıq...” (“Şuəra” surəsi, 61) demişdilər. Ancaq Hz.Musa bu vəziyyətdə də təvəkkülü ilə örnək olmuşdur. Yanındakı adamlarla Allahın onlara mütləq yardım edəcəyini bildirmişdir:
Hz.Musanın çətinlik qarşısında göstərdiyi bu davranış əlbəttə ki, bütün müsəlmanlara mühüm bir yol göstərir. Bir insan nə qədər çətin şərtlərlə qarşılaşsa da hər şeyin Allahın nəzarətində olduğunu və Onun dilədiyi şəkildə baş verdiyini unutmamalıdır.
Həmçinin bu dərin imanın əvəzində Allah Hz.Musaya əsası ilə dənizə vurmasını əmr etmişdir. Dəniz ortadan iki yerə ayrılanda insanlar qarşı tərəfə keçmişdilər. Firon da ordusu ilə birlikdə onları izləmək istəmiş, ancaq onlar dənizi keçərkən su yüksəlmiş və hamısı boğulmuşdur. Əlbəttə, bu hadisə Allahın möminlərə olan köməyinin açıq bir nümunəsidir. Hz.Musa Allahdan başqa tanrıya ibadət edən qövmünə Allahın onlara verdiyi nemətləri xatırladaraq qövmünü cahillik etməməsi barədə xəbərdar etmişdir.
İsrailoğulları Hz.Musa ilə birlikdə dənizi keçdikdən sonra bütlərə ibadət edən bir qövmlə rastlaşmışdılar. Bu səbəblə də qövmü Hz.Musaya “sən də bizə bir tanrı düzəlt” deyərək nə cür yanlış bir imana sahib olduğunu göstərmişdi. Hz.Musa qövmünə Allahdan başqa tanrılara sitayiş edənlərin düşdüyü vəziyyəti bildirmiş və nankorluq etməmələri üçün Allahın onlara verdiyi nemətləri xatırlatmışdır:
Allah insanlara saymaqla bitməyəcək qədər çox nemət vermişdir. İnsanın düşünə bilməsi, danışa bilməsi, görə bilməsi, ətrafındakı gözəlliklər, dünyanın tam onun ehtiyacına uyğun olaraq yaradılması və saymaqla qurtarmayan minlərlə, milyonlarla nemət... Bu nemətlərə şükr etmək möminlər üçün bir ibadətdir. Bunları düşünüb Allahın öz üzərindəki rəhmətini görə bilən insanın Rəbbimizə olan bağlılığı artar. Belə bir adam ona bu nemətləri bəxş edən Allaha qarşı əsla nankorluq edə bilməz. Buna görə də peyğəmbərlər öz qövmlərinə Allahın nemətlərini xatırlatmış və Allahın əmr etdiyi kimi, bu nemətləri yada salmasının vacibliyini bildirmişdir. Hz.Musa da qövmünə Allahın onlara verdiyi nemətləri xatırlamasının vacibliyini söyləmişdir:
Allah İsrailoğullarını Fironun zülmündən qurtardıqdan sonra onlara maddi və mənəvi yöndən bir çox nemətlər vermişdir. Quranda onlara verilən nemətlər belə bildirilmişdir:
Ancaq qövmü nankorluq etmiş, Hz.Musaya bir növ yeməyə qane olmayacaqlarını, buna görə Hz.Musanın Allaha yalvararaq onlar üçün paxla, sarımsaq, mərci və soğan istəməsini söyləmişdir. Hz.Musa qövmünün bu nankor davranışına qarşı belə demişdir:
Hz.Musa ilə bağlı olan bu ayədən də gördüyümüz kimi, Allahın elçiləri insanlara daim əllərindəki nemətlərə şükr etmələrini, nankorluq edərlərsə, bunun nəticəsində əzabla qarşılaşacaqlarını xatırlatmışdır. Əlbəttə, onların bu xəbərdarlığı hər dövrə aiddir. Allah Rəzzaqdır (ruzi verəndir), insanlara saysız nemətlər verərək bunların əvəzində də onların şükr etməsini əmr edir. Əks hərəkət edənlər isə keçmişdə olan nankor qövmlərin başına gələnlərin bir bənzəri ilə qarşılaşmaqdan çəkinməlidir. Hz.Musa doğru yoldan azan qövmünə Allahın vəd və əzabını xatırlatmış, onları dərhal tövbə etməyə çağırmışdır.
Hz.Musa Allahın əmri ilə Tur dağına getmək üçün qövmündən bir müddət ayrılmış, bu zaman yerinə Hz.Harunu qoymuşdur. Ancaq Hz.Musanın yoxluğu zamanı zəiflik göstərən xalqı öz aralarındakı Samiri adlanan bir adama uymuş və özünə bir buzov heykəli düzəldərək ona sitayiş etməyə başlamışdı. Bu səbəbdən Hz.Musa qövmünə qayıtmış və bunları xatırlatmışdır:
Hz.Musa bu xatırlatmalardan sonra qövmünü təkrarən tövbə etməyə dəvət etmişdir. Etdikləri xətanı onlara izah etmiş, tövbə edərlərsə, bunun onlara daha çox xeyirli olacağını bildirmişdir:
Yuxarıdakı ayədən də göründüyü kimi, Hz.Musa insanları azdırmağa çalışan bir adama qarşı kəskin bir tədbir görmüşdür. Samirinin bir daha başqa insanları azdırmasına izn verməyərək onu yaşadığı yerdən uzaqlaşdırmışdır. Və düzəltdiyi bütü yandırıb məhv etmiş, sonra da dənizə atmışdır. Hz.Musanın bu rəftarı bu tipli məsələlərdə necə tədbir görmək lazım olduğuna da işarə edir. Bundan başqa, ona dünyada və axirətdə qarşılaşacağı əzabı da xəbər vermişdir. Bundan sonra Hz.Musa Allahın tək Tanrı olduğunu xatırlatmışdır: