Allah Hz.Şueybi Mədyənə peyğəmbər kimi göndərmişdi. Quranda bu qövmün də digər qövmlər kimi Allaha iman etmədiyi və yer üzündə fitnə-fəsad törətdiyi bildirilmişdir. Hz.Şueyb Allahı inkar etdiklərinə görə böyük bir əzabla məhv olan bu qövmü son ana qədər tövbə etməyə və Allaha qulluq etməyə çağırmışdır.
Allahdan qorxmayan insanların sahib olduğu pis əxlaq onların həyatının hər anında ortaya çıxır. Bura qədər haqqında bəhs etdiyimiz qövmlərə diqqət etsək görərik ki, Allahdan qorxmayan bu insanlar çirkin azğınlıqlar edən, yol kəsən, başqalarının haqqına təcavüz edən, utanc hissini itirmiş, öz mənfəətlərindən və dünyəvi maraqlarından başqa heç bir şeyi düşünməyən insanlardır. Bu pis əxlaqlı davranış və xüsusiyyətlərin hamısı bugünkü cəmiyyətlərdə son dərəcə geniş yayıldığı üçün Allahın peyğəmbərlərinin öz qövmlərinə verdiyi öyüdlərin hamısı bütün dünyada olan insanlara eynilə şamil edilə bilər. İnsanların bu xatırlatmalardan öyüd alması bu gün də lazımdır.
Məsələn, Hz.Şueybin qövmünün ən mühüm xüsusiyyətlərindən biri onun ticarətdə hiyləyə əl atan bir qövm olmasıdır. Hz.Şueyb öz qövmünü bu barədə xəbərdar etmiş və bu əmri yerinə yetirməyin onlar üçün daha xeyirli olacağını belə xatırlatmışdır:
Mədyən xalqının bu pis xüsusiyyəti bugünkü dindən uzaq cəmiyyətlərdə tez-tez görünən, hətta bəzən təbii qarşılanan xüsusiyyətlərdəndir. Bu səbəblə Hz.Şueybin öz qövmünə etdiyi çağırışların hər biri bu gün yaşayan insanlara da şamil edilə bilər. Bu gün də insanlar ticarət edərkən heç bir əskiltmə etməməli, dürüst bir davranış göstərməli, yer üzündə nizam-intizamı qorumalı, fitnə-fəsaddan uzaq durmalıdır. Əks təqdirdə keçmişdə yaşayan qövmlərin başına gələn fəlakətlərin bənzəri ilə qarşılaşmaqdan çəkinməlidirlər. Möminlərin vəzifəsi də yaşadıqları cəmiyyətləri Allahın peyğəmbərlərindən nümunə götürərək bu mövzuda xəbərdar etməkdir.
Hz.Şueyb öz qövmünə belə müraciət etmişdir:
İnsan Allahın haram etdiyi yollardan dünyada bir var-dövlət əldə edə bilər. Ancaq bu yolla qazanılan pul və mal sahibinə heç vaxt fayda verməz. Əksinə, bu adam qazandıqları ilə heç bir zaman xoşbəxt və rahat ola bilməz, əlindəkilərin bərəkəti gedər və onlardan istədiyi kimi faydalana bilməz. Amma bundan daha önəmlisi odur ki, Allahın rizasına əhəmiyyət vermədən harama girən və bu yolla qazanc əldə edən adam bu əməlini ölənə qədər davam etdirdiyi halda əməlinin əvəzini axirətdə də əbədi bir cəhənnəm əzabı ilə alır. Allahın halal bildiyi yollarla əldə edilən qazanc isə hər zaman xeyir gətirir. Çünki Allahın insanlara göstərdiyi yol ən doğru və ən faydalı olandır. Buna görə də Allahın dininə uyğun şəkildə yaşayanlar və qazancı halal yolla əldə edənlər bunun faydasını və bərəkətini həmişə görərlər. Allah dünyada və axirətdə iman edənlərə qorxub-çəkinmələrinin əvəzində qat-qat artıq nemət verir. Allah bir ayəsində halal qazancla haram qazanc arasındakı fərqi belə bildirir:
Bütün peyğəmbərlər kimi vəzifəsinin yalnız təbliğ etmək olduğunu, ancaq təbliğ etdiyi adamlara Allahın hidayət verəcəyini bilən Hz.Şueyb bu sözlər qarşısında qövmünə belə cavab vermişdir:
Hz.Şueyb Allahın elçisi olduğunu bir daha xatırlatmışdır. Və gətirdiyi dinin hökmlərinin Allahın hökmləri olduğunu vurğulayaraq yeganə məqsədinin onları doğru yola çağırmaq olduğunu söyləmişdir. Həmçinin Hz.Şueyb öz vəzifəsini haqq ilə yerinə yetirən bir peyğəmbər olaraq uğur qazanmasını da yalnız Allahın istəyi ilə gerçəkləşəcəyini bilir. Qövmünə də bunu xatırladaraq hər şeyin Allahın diləməsi ilə olduğunu təbliğ etmişdir.
Hz.Şueyb haqqında bura qədər bəhs etdiyimiz digər peyğəmbərlər kimi qövmünə onlara verilən nemətləri xatırlatmış və bunlar üçün Allaha şükr etmələrini əmr etmişdir. Bundan başqa, əgər Allahın əmrlərinə qarşı çıxsalar, onlara başlarına bir əzab gələcəyinə dair xəbərdarlıq etmişdir:
Bundan başqa, Hz.Şueyb bu insanlara keçmişdə yaşayan qövmlərin inkarçılıqları nəticəsində necə bir cəza gördüklərini də xatırlatmışdır. O qövmlərin də peyğəmbərlərinə qarşı çıxdıqları üçün Allahın əzabı ilə qarşılaşdıqlarını vurğulayaraq qövmünün belə bir xətaya düşməməsi üçün onları xəbərdar edib qorxutmuşdur:
Tarix boyunca Allahın bütün elçiləri inkarçı qövmləri tərəfindən oxşar hücumlara məruz qalmışlar. Bu qövmlər peyğəmbərləri və yanlarındakı möminləri Allahın dininə uyduqları üçün günahlandırmış, onların öz batil dinlərinə dönməsi üçün səy göstərmiş, hətta onlara zor tətbiq edərək bunu həyata keçirməyə çalışmışdılar. Mədyən xalqının məşhur inkarçıları da Hz.Şueybi və onunla birlikdə olanları dinlərindən döndərmək istəmiş, onlara tabe olmayacaqları təqdirdə onları yurdlarından çıxarmaqla hədələmişdilər. Hz.Şueyb bu hədə-qorxuya belə cavab vermişdir:
Allahın rəsulunun buradakı sözləri qəti qərarlılığın aşkar bir göstəricisidir. Hamıya nümunə olan bu qərarlılıq bütün möminlərdə də olması vacib olan xüsusiyyətdir. Çünki Allaha iman edən insan Hz.Şueybin söylədiyi kimi, Allahın “elm baxımından hər şeyi əhatə etdiyi”ni bilir. Onun istəyi olmadan heç kimsənin özünə bir zərər verə bilməyəcəyinə və ya heç kimsədən bir fayda götürməyəcəyinə qətiyyətlə inanır. Buna görə də ona qarşı son dərəcə təvəkküllü bir davranış göstərir. Və ən önəmli olanı da budur ki, mömin insan Allahın əmrlərini yerinə yetirməkdə ən kiçik bir güzəştə də getməz.
Müşrik qövmlərin ən qabarıq xüsusiyyətlərindən biri də bu insanların başqa insanlardan və ya varlıqlardan Allahdan qorxduqlarından da çox qorxması, bunları Allahdan da çox sevməsi və ya bu varlıqların rizasını Allahın rizasından üstün tutmasıdır. Hz.Şueybin qövmü də Allahın böyüklüyünü qiymətləndirməyən insanlardan ibarət idi. Bu insanların Allahdan qorxuları yox idi, amma insanlardan çəkinirdilər. Həmçinin Hz.Şueybi öldürmək istədiklərini, ancaq onun ətrafında olan yaxınlarından çəkindiklərini söyləmişdilər:
Halbuki mütləq güc sahibi olan yalnız Allahdır. Qorxulacaq tək varlıq da Allahdır. Hər varlıq və hər hadisə Allahın elmi və nəzarəti altındadır. Hz.Şueyb da qövmünün bu hədə-qorxusuna qarşı Allahın hər şeydən üstün olduğunu belə xatırlatmışdır:
Allahın elçisini və ayələrini inkar etməkdə israrla davam edən bütün qövmlər kimi Mədyən xalqının da hələ dünyada ikən aldığı əvəzi Allah belə bildirmişdir: