Hz. Nuh qövmünü içində olduğu batil inanclardan əl çəkərək Allaha ibadət etməyə dəvət etmişdi. Allahdan başqa ibadətə layiq Tanrı olmadığını, əgər dünyada ikən bunu anlamazlarsa, qarşıda əzabla qarşılaşacaqlarını xatırlatmışdı. Bu şəkildə onlara xəbərdarlıq edib qorxutmuş və iman gətirmələri üçün müxtəlif cür açıqlama və izahatlar vermişdi. Bununla bağlı bəzi ayələr belədir:

“Həqiqətən, Biz Nuhu öz qövmünə peyğəmbər göndərdik. O belə dedi: “Ey qövmüm! Allaha ibadət edin. Sizin Ondan başqa heç bir tanrınız yoxdur. Məgər qorxmursunuz?”” (“Muminun” surəsi, 23).

“Həqiqətən, Biz Nuhu öz tayfasına peyğəmbər göndərdik. Nuh dedi: “Mən sizi açıq-aşkar qorxudan bir peyğəmbərəm! Allahdan başqasına ibadət etməyin. Mən şiddətli günün sizə üz verəcək əzabından qorxuram!”” (“Hud” surəsi, 25-26).

 

Hz. Nuh qövmünü Allaha yönəlməyə və Ondan bağışlanma diləməyə dəvət etmişdi

Hz.Nuh qövmünə Allahın yeganə Tanrı olduğunu xatırladandan sonra onları Allahdan bağışlanma diləməyə dəvət etmiş, Allaha yönəlmələrinin əvəzində Allahın onlara verəcəyi nemətləri bu şəkildə müjdələmişdi:

“Və dedim: “Rəbbinizdən bağışlanmağınızı diləyin. Çünki O, çox bağışlayandır! O sizə göydən bol yağış göndərər; O sizə mal-dövlət, oğul-uşaq əta edər. O sizin üçün bağlar-bağçalar yaradar və çaylar axıdar!” (“Nuh” surəsi, 10-12).

Allah Quranın bir çox ayələrində iman edənlərə gözəl bir həyat vəd etmişdir. Bu səbəblə peyğəmbərlər öz qövmlərini Allaha yönəlməyə dəvət edərkən Allahın onlara nemətlər verəcəyini də bildirmişdilər. Digər tərəfdən isə Allahın verdiyi nemətləri sadalayaraq insanların bunları anlamasını, Allahın onlar üzərindəki lütf və mərhəmətini görməsini təmin etməyə çalışmışdılar. Hz.Nuh qövmünə belə xitab etmişdi:

“Sizə nə olub ki, Allahın əzəmətindən çəkinmirsiniz? Halbuki O sizi cürbəcür xəlq etdi. Məgər görmürsünüz ki, Alah yeddi göyü qat-qat necə yaratdı?! Orada ayı bir nur, günəşi də bir çıraq etdi. Və Allah sizi yerdən bir bitki kimi göyərtdi. Sonra sizi yenə ora qaytaracaq və çıxardacaqdır. Allah yeri sizin üçün xalı etdi ki, onun geniş yollarında gəzəsiniz!”” (“Nuh” surəsi, 13-20).

İman gətirənlərin etməsi vacib olan iş də peyğəmbərlər kimi Allahın nemətlərini xatırlayaraq Ona şükr etmək və ətraflarındakı insanları şükr edənlərdən olmağa çağırmaqdır.